Icma.az
close
up
RU
Rezonans doğuran kəşf: Piramidaların altında şəhər FOTO

Rezonans doğuran kəşf: Piramidaların altında şəhər FOTO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İtalyan tədqiqatçılarının iddialarına görə, Giza Piramidalarının altında gizlənmiş nəhəng bir şəhər var. Elm aləmində böyük müzakirələr yaradan bu araşdırma qədim Misirin bilinməyən tərəflərinə işıq sala bilər. Yeni radar texnologiyasından istifadə etməklə tədqiqatın aparılmasına qarşı çıxan ekspertlər də var. Bəs piramidaların altında dəqiq nə kəşf edildi?

İtaliyalı tədqiqatçılar Misirin Giza piramidalarının altında 1200 metrdən çox uzanan nəhəng yeraltı şəhər aşkar etdiklərini iddia edirlər. Bu kəşf piramidaların özündən 10 dəfə böyük yeraltı tikililərin mövcudluğunu ortaya qoyur.

Kəşf bütün dünyada böyük səs-küyə səbəb oldu və sosial media və xəbər platformalarında sürətlə yayıldı. Florida Konqres üzvü Anna Paulina Luna bu yeraltı tikililər haqqında paylaşım edərək ictimaiyyətin diqqətini çəkib. 

İtalyan alimləri bildirirlər ki, yeraltı şəhərlərin varlığına dair məlumatları peyk radarları və yeraltı seysmik hərəkətlər əsasında kiçik titrəyişlərdən əldə ediblər. Bu yeni radar texnologiyası fiziki qazıntılar olmadan yeraltı təbəqələrin üçölçülü təsvirini almağa imkan verir.

Araşdırmaya görə, Giza piramidalarının altında 640 metrə çatan 8 spiral quyu var. Bu strukturlar piramidaların hər biri üçün ayrıca tapılıb. Bundan əlavə, 1220 metr dərinlikdə digər naməlum strukturlar aşkar edilib.

Tədqiqat qrupunun üzvü olan Nikole Ciccolo bu yeraltı sisteminin üç piramidanı birləşdirən böyük otaqlar və dəhlizlərdən ibarət olduğunu irəli sürüb. O, həmçinin qeyd edib ki, strukturlar “Amenti salonları” adlanan qədim Misir müqəddəs yerləri ilə güclü əlaqəyə malikdir.

Ciccolo iddia edib ki, piramidaların altındakı nəhəng otaqlar qədim Misirin topoqrafiyasını və dini inanclarını anlamaq üçün mühüm ipucu verir. Bu kəşf qədim Misirin daha mürəkkəb və geniş yeraltı quruluşa malik ola biləcəyini göstərir.

Giza Piramidaları altında yeraltı tikililəri aşkar etmək üçün istifadə edilən radar texnikasına şübhə ilə yanaşan mütəxəssislər, bu tapıntıların illüziya və ya yanlış şərhin nəticəsi ola biləcəyini bildirirlər.

Bununla belə, bəzi tədqiqatçılar kəşfin dəqiqliyini qəbul edir və onun qədim Misir tarixi və piramidaların tikinti prosesi haqqında bildiklərimizi kökündən dəyişdirə biləcəyini şərh edirlər.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Mart 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri