Icma.az
close
up
RU
Elm dünyasını sarsıdan iddia: Piramidaların altında nə var?

Elm dünyasını sarsıdan iddia: Piramidaların altında nə var?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qədim Misir sivilizasiyasının simvolu olan Giza piramidalarımın altındakı sirli strukturlar elm dünyasında böyük marağa səbəb olub. Yeni radar tədqiqatları, yüzlərlə metr dərinlikdə yerləşən və indiyədək məlum olmayan nəhəng bir yeraltı kompleksin mövcudluğuna işarə edir. 

Qaynarinfo xəbər verir ki, Gizada aparılan araşdırmalarda, səthdən təxminən 600 metr dərinlikdə uzanan geniş yeraltı şəbəkənin varlığına dair sübutlar ortaya çıxıb. İtaliyalı alimlərdən ibarət bir qrup Gizadakı üç əsas piramidanı birləşdirən bir yeraltı şəhər sisteminin izlərini tapdıqlarını açıqlayıb.

Araşdırmalar əsasən daha öncə də diqqət çəkmiş Kefren və Menkaure piramidalarının altındakı strukturlara yönəlib. İtalyan komandası mart ayında Kefrenin altında sütunlara bənzər quruluşların kəşf edildiyini və bunların yalnız başlanğıc olduğunu bildirib. Eyni xüsusiyyətlərin Menkaure piramidanın altında da olduğunu iddia ediblər.

Stratçide Universitetindən radar mütəxəssisi Filippo Biondi "Daily Mail"ə verdiyi açıqlamada, iki piramidanın altındakı strukturlar arasında əlaqənin demək olar ki, qəti olduğunu bildirib. Onun sözlərinə görə, radar nəticələri Menkaurenin altında da oxşar sütunlu quruluşların olduğunu göstərir və bu, Giza piramidaların yalnız daha böyük və təşkilatlanmış yeraltı kompleksin səthdəki hissəsi olduğunu göstərir.

Biondi əlavə edib ki, bu strukturlar yeraltında tunellərlə bir-birinə bağlanan böyük tikililərdən ibarət ola bilər. Tomoqrafiya və radar təhlilləri bu strukturların ölçülərinin əvvəlki təsəvvürlərdən daha böyük olduğunu və indiyədək görünməmiş bir memarlıq planı ehtiva etdiyini ortaya qoyub.

Tədqiqat qrupu bu strukturların hava, su, od və torpaq kimi təbii elementlərlə bağlı funksional və ya ayin məqsədli məkanlar ola biləcəyini düşünür.

İtalyan tədqiqatçılar bu strukturların, təxminən 12 min 800 il əvvəl Yerə çırpılan bir komet nəticəsində məhv olmuş qabaqcıl bir tarixdən öncəki sivilizasiyanın izləri ola biləcəyini iddia edirlər. Kaliforniya Universitetindən geoloq Ceyms Kennett də bu nəzəriyyəyə dəstək verir və eyni dövrdə Şimali Amerikadakı Klovis mədəniyyətinin qəfil yox olduğunu xatırladır.

Kennett qeyd edir ki, həmin dövrdə baş verən böyük əhali itkisi bir neçə əsr davam edib və sonradan fərqli bir mədəniyyət kimi yenidən ortaya çıxıblar. Onun fikrincə, Misirdə də bənzər bir hadisənin baş vermiş olub-olmadığını söyləmək çətindir, lakin Suriyadakı Əbu Hureyra bölgəsində aşkar edilən çarpma izləri inandırıcıdır.

Qədim sivilizasiyalar üzrə tədqiqatçı Endryu Kollins Gizanın təxminən 1280 km cənubundakı Edfu məbədində yer alan hiyeroqliflərin çox qədim bir tufan fəlakətindən bəhs etdiyini bildirir. Əfsanəyə görə, bu tufan "Ən yaşlılar” adlı sivilizasiyanı məhv etmişdi. Yazılarda bu sivilizasiyanın qaranlığa qərq olduğu və "düşmən ilan” adlı simvolik bir güc tərəfindən udulduğu qeyd olunur.

Kollins bu "ilan” obrazının komet metaforu ola biləcəyini və bu hadisənin yeraltı strukturlarla birbaşa əlaqəli olduğunu düşünür. Onun fikrincə, bu strukturlar "Ruhun yeraltı dünyası” adlanan müqəddəs əşyaların qorunduğu məkanla üst-üstə düşür və efsanəvi "Yaradıcılış adası”nın bir hissəsi ola bilər.

Kollins eyni zamanda, tarixin bəzi inkişaf etmiş qədim mədəniyyətləri nəzərə almadığını vurğulayır. Rusiyadakı Sungir və Kostenki bölgələrində yaşamış Qravettian xalqları 30 min il əvvəl ayın hərəkətlərinə əsaslanan memarlıq quruluşları inşa etmiş, xüsusi tikilmiş geyimlər geymiş və əkinçiliklə məşğul olmuşdular.

"Onlar orta əsr insanları kimi görünür və davranırdılar. Bu da göstərir ki, insanlıq tarixi düşündüyümüzdən daha qədim və inkişaf etmiş ola bilər”, deyə o bildirib.

Bütün bu iddialar elmi dairələrdə ciddi tənqidə səbəb olub. Misirin tanınmış arxeoloqlarından Dr. Zahi Havass bu tapıntıları "elmdən kənar” hesab edir. O bildirib ki, yerin bu qədər dərinliyinə nüfuz edə biləcək radar texnologiyası hələ mövcud deyil və bu tədqiqatlar yalnız fərziyyələrə əsaslanır.

Bununla belə, tədqiqatçılar geri çəkilmir. İddialara görə, Kefren piramidası altındakı strukturlar spiral şəkildə düzülmüş və səkkiz əsas sütunu əhatə edən təqribən 600 metrdən uzun yeraltı tunellərdən ibarətdir. Eyni xüsusiyyətlərin Menkaure piramidasının altında da olduğu bildirilir. Menkaurenin daha kiçik olması səbəbindən sütunların sayı az olsa da, strukturların funksional olaraq oxşar olduğu vurğulanır.

Bu yeraltı şəhərin mövcudluğu hələ rəsmi elmi jurnallarda təsdiqlənməyib və arxeologiya aləmində böyük müzakirələrə səbəb olub. Lakin bir şey aydındır: Giza piramidalarının sirləri hələ tam açılmayıb. Əgər bu iddialar təsdiqlənsə, insanlıq tarixinə dair bildiklərimiz kökündən dəyişə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri