Icma.az
close
up
RU
“Pirinə təpik atan beş on adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!” MÖVQE KONKRET

“Pirinə təpik atan beş on adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!” MÖVQE KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məcburi köçkünlərlə bağlı mövzulara qəti baş qoşmaq fikrim yoxdur. Çünki qayıdış prosesi dövlətin marağında olan əsas prioritetdir və zamanla mərhələli şəkildə yoluna qoyulacaq. O baxımdan ictimai fikrin bu məsələdə hansısa rol oynayacağını düşünmürəm. Bu səbəbdən də fikir ayrılıqlarını mənasız hesab edirəm.

Bu sözləri “KONKRET.az” saytının redaktoru Sevinc Paşayeva yazıb.

O bildirib ki: “Bu nənənin sözlərinə gəlincə, mənə bir o çatmır ki, illərdir el-obasına tamarzı qalan bir adam doğma yurdu haqqında “pis dəyil” sözünü necə dilə gətirə bilir? Nənə yəqin unudub ki, onun “pis dəyil” dediyi Füzuli uğrunda nə itkilər vermişik, nə acılar çəkmişik… Dübarə, dövlət həmin ərazilərin bərpası üçün milyardlar xərcləyir ki, hamı indən sonra gedib öz evində rahat yaşasın. İndi bu ağbirçəyin belə danışığı yumşaq desək, naşükürlük, el-obaya dönüklük deyil, bəs nədir? Bu qadının fikirlərinə qarşı N qədər arqument gətirə bilərəm, amma uzatmaq istəmirəm. İndilik onun timsalında qayıtmaq könlü olmayan bütün həmvətənlərimdən rica edirəm… Ki, bu niyyətlərini açıb-ağartmasınlar, məsələnin daha çox mənəvi tərəfini düşünüb, dillərini dinc qoysunlar. Vətənpərvərlik hissi olmayan, pirinə təpik atan beş-on adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar, ən əsası da xalqı ruhdan, motivasiyadan salmasınlar!

Bu arada reytinq-filan-bəsməkan xətrinə qocaları dilləndirib ara qarışdıranları da şiddətlə qınayıram. Belə millət təəssübü çəkənsinizsə, gəlib bizim el-obanın camaatını da danışdırın, görün nə deyirlər! Yaşından-başından asılı olmayaraq minlərlə adam göstərə bilərəm ki, doğma yurda qayıtmaqdan ötrü sinov gedir, ayaqüstə qalıb, Qubadlı, Zəngilan deməkdən dil-dodağı təpiyib. Belələrinə də söz haqqı verin ki, Vətən, torpaq, həsrət, vüsal dərsi versinlər!

İkitirəlik yaradıb insanları bir-birindən, torpaqdan soyutmaq kişilik deyil! Bir az vicdan, bir az qeyrət, bir az da dərrakə… yetər!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri