Icma.az
close
up
RU
Pirverdiyevin qaynı ilə bağlı şok iddia: sənəd saxtakarlıəğı və... FOTOLAR

Pirverdiyevin qaynı ilə bağlı şok iddia: sənəd saxtakarlıəğı və... FOTOLAR

Icma.az, Mia.az saytına istinadən bildirir.

“Torpağa mülkiyyət hüququna dair dövlət aktımız olsa da, ad-soyaddakı hərf səhvinə görə illərdir çıxarış ala bilməmişik. Bir də onda ayıldıq ki, 1,77 hektar sahəmizi saxta sənəd düzəldərək başqa bir şəxsə satıblar”.

Mia.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Qusarın Yuxarı Ləgər kənd sakini Turan Quliyev müraciət edib.

Vətən müharibəsi qazisi olan Turanın sözlərinə görə, ailə üzvlərinə verilən pay torpağını rayonun Xuray kəndi üzrə keçmiş icra nümayəndəsi Kazım Xammədova icarəyə veriblər: “O vaxtlar əkib-becərməyə imkanımız yox idi. 2016-cı ildən 2019-cu ilədək torpaq Kazım Xammədovda icarədə olub. Sonra torpağımıza çıxarış almağa getdik. Torpağın dövlət aktında anamın əvvəlki soyadı - Şahnəzərova, mənim adım isə Tural kimi göstərildiyindən həmin səhvləri düzəltmədən çıxarış ala bilmirdik. Elə sənədləşmə prosesində öyrəndik ki, bizim torpağın çıxarışı başqa şəxsə verilib. Keçmiş icra nümayəndəsi əmisi oğlu Hikmət Xammədovla əlbir olaraq 1,77 ha torpaq sahəmizi saxta yolla sənəd çıxararaq Quba sakini Bahadır Mehdiyevə satıb.

Bizim əlimizdə dövlət aktı ola-ola çıxarış ala bilməmişik, amma onlar saxta sənəd düzəldərək ala biliblər. Sənədlərin arasına saxtasını qoyublar ki, guya atamla anam boşanıb, mən və qardaşıma atılmış uşaqlar kimi sənəd alınıb. Guya kimsə bizə qəyyum olub və o vasitə ilə torpağımızı satıblar. Halbuki arxivdə belə bir sənəd yoxdur, onu saxta yollarla düzəldiblər. Ata-anamın imzası da saxtadır. Əgər bunları araşdırmaq üçün nümayəndə ayrılsa, bütün saxtakarlıqlar ortaya çıxar”.

Şikayətçi iddia edir ki, dəfələrlə dövlət qurumlarına müraciət etsə də, məsələnin həllinə köməklik olunmayıb: “Problemlə bağlı 2020-ci ildən bəri 7 dəfə məhkəmə olub. Sonuncusunda Qusar Rayon Məhkəməsi 7-ci dəfə qarşı tərəfin xeyrinə qərar çıxarıb.

Biz 2020-ci ilə kimi torpağın vergilərini ödəmişik, bütün sənədlərimiz də var. Yalnız həmin ildən sonra məsələ məhkəmədə olduğuna görə vergi ödənilməyib.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nazirlikdən yerli icra nümayəndəliyinə məktub göndərilsə də, araşdırılmayıb. 7 ildir getmədiyimiz dövlət qurumu qalmayıb, müraciətimizə baxmırlar. Hikmət Xammədov deyir ki, “sən kasıb kəndçisən, mənim pulum da var, arxamda adamım da...” Adamı isə “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir. Hikmət Xammədov Pirverdiyevin qaynıdır”.

Qeyd edək ki, E. Pirverdiyev 2001-2018-ci illərdə “AzərEnerji” ASC-nin prezidenti olub.

Gülnar Əliyeva

Fotoda vətəndaşın iddia etdiyi saxta müqavilə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri