Icma.az
close
up
RU
“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...”

“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Torpağa mülkiyyət hüququna dair dövlət aktımız olsa da, ad-soyaddakı hərf səhvinə görə illərdir çıxarış ala bilməmişik. Bir də onda ayıldıq ki, 1,77 hektar sahəmizi saxta sənəd düzəldərək başqa bir şəxsə satıblar”.

Bu iddia ilə “Qafqazinfo”ya Qusarın Yuxarı Ləgər kənd sakini Turan Quliyev müraciət edib.

Vətən müharibəsi qazisi olan Turanın sözlərinə görə, ailə üzvlərinə verilən pay torpağını rayonun Xuray kəndi üzrə keçmiş icra nümayəndəsi Kazım Xammədova icarəyə veriblər: “O vaxtlar əkib-becərməyə imkanımız yox idi. 2016-cı ildən 2019-cu ilədək torpaq Kazım Xammədovda icarədə olub. Sonra torpağımıza çıxarış almağa getdik. Torpağın dövlət aktında anamın əvvəlki soyadı - Şahnəzərova, mənim adım isə Tural kimi göstərildiyindən həmin səhvləri düzəltmədən çıxarış ala bilmirdik. Elə sənədləşmə prosesində öyrəndik ki, bizim torpağın çıxarışı başqa şəxsə verilib. Keçmiş icra nümayəndəsi əmisi oğlu Hikmət Xammədovla əlbir olaraq 1,77 ha torpaq sahəmizi saxta yolla sənəd çıxararaq Quba sakini Bahadır Mehdiyevə satıb.

Bizim əlimizdə dövlət aktı ola-ola çıxarış ala bilməmişik, amma onlar saxta sənəd düzəldərək ala biliblər. Sənədlərin arasına saxtasını qoyublar ki, guya atamla anam boşanıb, mən və qardaşıma atılmış uşaqlar kimi sənəd alınıb. Guya kimsə bizə qəyyum olub və o vasitə ilə torpağımızı satıblar. Halbuki arxivdə belə bir sənəd yoxdur, onu saxta yollarla düzəldiblər. Ata-anamın imzası da saxtadır. Əgər bunları araşdırmaq üçün nümayəndə ayrılsa, bütün saxtakarlıqlar ortaya çıxar”.

Şikayətçi iddia edir ki, dəfələrlə dövlət qurumlarına müraciət etsə də, məsələnin həllinə köməklik olunmayıb: “Problemlə bağlı 2020-ci ildən bəri 7 dəfə məhkəmə olub. Sonuncusunda Qusar Rayon Məhkəməsi 7-ci dəfə qarşı tərəfin xeyrinə qərar çıxarıb.

Biz 2020-ci ilə kimi torpağın vergilərini ödəmişik, bütün sənədlərimiz də var. Yalnız həmin ildən sonra məsələ məhkəmədə olduğuna görə vergi ödənilməyib.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nazirlikdən yerli icra nümayəndəliyinə məktub göndərilsə də, araşdırılmayıb. 7 ildir getmədiyimiz dövlət qurumu qalmayıb, müraciətimizə baxmırlar. Hikmət Xammədov deyir ki, “sən kasıb kəndçisən, mənim pulum da var, arxamda adamım da...” Adamı isə “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir. Hikmət Xammədov Pirverdiyevin qaynıdır”.

Qeyd edək ki, E. Pirverdiyev 2001-2018-ci illərdə “AzərEnerji” ASC-nin prezidenti olub.

Gülnar Əliyeva

Fotoda vətəndaşın iddia etdiyi saxta müqavilə:





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri