Icma.az
close
up
RU
Etibar Pirverdiyevin bankının çöküşü KONKRET

Etibar Pirverdiyevin bankının çöküşü KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Expressbank”ın 4-cü rüb hesabatı: Mənfəət sürətlə azalır, kapital 12 milyon AZN itirilib…

“Expressbank” ASC ötən ilin 4-cü rübü üzrə maliyyə hesabatlarını dərc edib. Sənədlər bankın ili mənfəətlə başa vurduğunu göstərsə də, əsas iqtisadi göstəricilərdəki geriləmələr diqqətdən yayınmır. Xüsusilə xalis mənfəətin azalması və kapital itkisi bankın maliyyə dayanıqlığı barədə suallar doğurur.

KONKRET.az xəbər verir ki, 32gun.az bankın açıqladığı rəsmi rəqəmlər əsasında əsas maliyyə göstəricilərini təhlil edib:

Mənfəətdə 4 milyonluq geriləmə

Bankın mənfəət göstəricilərində ciddi eniş müşahidə olunur. 2024-cü ilin sonunda bank 11,2 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2025-ci ilin yekununda bu rəqəm 7,3 milyon manata düşüb. Bu o deməkdir ki, bankın xalis mənfəəti bir il ərzində 35% azalıb.

Kapitalın azalması və ehtiyat ayırmaları

Bankın maliyyə hesabatlarında ən çox diqqət çəkən məqamlardan biri cəmi kapitalın kiçilməsidir. Ötən ilin əvvəlində 138,7 milyon manat olan cəmi kapital, ilin sonunda 126,3 milyon manata enib. Təxminən 12,4 milyon manatlıq bu azalma bankın kapital ehtiyatlarının zəiflədiyini göstərir. Eyni zamanda, mümkün zərərlər üçün ayrılan ehtiyatların 6,3 milyon manatdan 9,5 milyon manata yüksəlməsi, kredit portfelindəki risklərin artmasından xəbər verir.

Əsas maliyyə göstəricilərinin müqayisəsi (Rəsmi rəqəmlər)

Hesabatdakı məlumatlara əsasən, bankın son bir ildəki dəyişimi aşağıdakı kimidir:

Likvidlik vəziyyəti

Bankın 4-cü rüb üzrə “Gap” (likvidlik boşluğu) hesabatına nəzər saldıqda görünür ki, qısamüddətli öhdəliklərlə aktivlər arasında balans pozulub. Belə ki, bankın 1 gün ərzində qaytarmalı olduğu vəsaitlərin həcmi (122,9 milyon manat), əlindəki dərhal realizə oluna bilən aktivlərdən (61,5 milyon manat) iki dəfə çoxdur. Bu, bankın gündəlik likvidlik idarəetməsində gərginliyin olduğunu göstərir.

Xərclər artır

Bankın gəlirliliyi azaldığı bir vaxtda, inzibati və digər əməliyyat xərclərində artım davam edir. Ötən il 49,1 milyon manat olan qeyri-faiz xərcləri, 2025-ci ildə 53,1 milyon manata çatıb. Gəlir və xərc arasındakı bu disbalans mənfəət marjasını daraldan əsas amillərdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri