Icma.az
close
up
RU
Pişiklər şəhəri FOTOLENT

Pişiklər şəhəri FOTOLENT

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Kalininqrad vilayətində, Baltik dənizinin sahilində yerləşən Zelenoqradsk şəhərini “pişiklər şəhəri” adlandırırlar. Şəhərin küçələri sürü ilə gəzən pişiklərlə doludur. Burada istənilən ərazidə pişik evcikləri, pişik “otelləri”, pişik “istirahət zonaları”na, həmçinin müxtəlif formalı pişik heykəllərinə rast gələ bilərsiniz.

Bəs necə oldu ki, Zelenoqradsk birdən-birə pişiklər məskəninə çevrildi? Məsələ belə olmuşdu:
2016-2018-ci illərdə şəhər rəhbərliyi Zelenoqradskda çoxlu sayda pişiyin yaşamasını nəzərə alaraq, həm də turistlər üçün cəlbedici olsun deyə, bölgənin “pişiklər şəhəri” adlandırılmasına qərar verir. Rəhbərliyin qərarı ilə şəhərin bir hissəsini pişiklər üçün ayırırlar. Tezliklə buranı sözün əsl mənasında geniş bir qoruğa çevirirlər. Şəhərdə heyvanların gündəlik qidalanmasına, tibbi müayinəsinə cavabdeh olan “pişik şefi” vəzifəsi də təsis edilib.
Burada əlverişsiz hava şəraitində pişiklərin daldalana biləcəyi xüsusi qızdırıcılarla isidilən evciklər inşa edilib.
Bundan başqa Zelenoqorodskda pişiklərə həsr olunmuş "Murarium" muzeyi də açılıb. Muzeyin kolleksiyasında pişiklərə aid dörd mindən çox eksponat nümayiş etdirilir.

Maraqlı bir məqamı da qeyd etmək istərdik. Rusiyanın bir çox şəhərləri “pişiklər şəhəri” adı uğrunda mübarizə aparıb. Son nəticədə bu titula Kalininqrad vilayətinin kiçik kurort şəhəri olan Zelenoqradsk layiq görülüb. Bu şəhərdə itlər sanki, insanların ideyasını anlayır və heç vaxt pişiklərə toxunmurlar.

Zelenoqradskda bir neçə mərtəbəli pişik otelləri (pişiklər üçün nəzərdə tutulan hündür binalar) fəaliyyət göstərir.  Pişikləri burada yedizdirir, çimizdirir və mütəmadi olaraq onların peyvəndini vururlar. Pişiklər və pişik həvəskarları üçün cənnətə çevrilmiş bu otellər olduqca səliqəlidir.

Uşaqlarını bu şəhərə gəzməyə gətirən valideynlər onları  uzun müddət pişik dolu küçələrdən ayıra bilmirlər.

Bu şəhərdə addımbaşı pişik simvoluna, pişik heykəllərinə,  pişiklər üçün qurulmuş işıqforlara, fırlanan pişik fiqurlarına, binaların divarlarında çoxlu sayda pişik qraffitisinə rast gəlinir.

“Murarium” pişik muzeyi Kalininqradlı pişik həvəskarı Tatyana Arefiyevanın adı ilə bağlıdır. “Pişiklər anası” ləqəbli bu qadın çoxlu pişik heykəlcikləri toplayaraq sərgi təşkil edib. Sərgiyə gələnlər həm də pişiklərə aid əşya, fiqur, suvenir gətirərək muzeyə hədiyyə edirlər.

Muzeyin eksponatları pişiklər aləminə aid hər şeyi əhatə edir: Pişikli maqnitlər, dəsmallar, köynəklər, rəsmlər, toxuma və əl işləri.


Yeri gəlmişkən, pişiklər şəhərinin tarixçəsi barədə: Zelenoqradsk vaxtilə Almaniyanın tərkibində olub və Kranz adlanıb. 19-cu əsrin əvvəllərində bu ərazi kurort məkanı kimi tanınıb. Şəhər Almanyanın ən çox ziyarət edilən kurort məkanlarından biri olub. 1844-cü ildə Kranz şəhəri (indiki Zelenoqradsk) “kral kurort” statusuna layiq görülüb. Bir çox alman binaları şəhərdə hələ də qorunub saxlanılır. Maraqlıdır ki, hətta yeni tikilən evlər, binalar da alman memarlığı üsubundadır: qırmızı kirəmitli dam örtükləri, böyük və geniş pəncərələr, daş səkilər...


Bu şəhərsalma üslubu bizə də yaxşı tanışdır.


XIX əsrdə Azərbaycanda yaşamış almanların qurub-yaratdığı yaşayış məskənləri, arxitektur binalar, fərdi evlər, daş səkilər, arxlar, geniş avtomobil yolları, fabrik və zavodlar ölkəmizin Qərb rayonlarında hələ də qorunub saxlanılır.
Düşünürəm ki, dünyadakı hər bir pişiksevər Zelenoqradsk adlı “pişiklər cənnəti”nə səyahət etmək arzusundadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Yanvar 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri