Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Piştaxtadakı “şokolad kimi” hiylələr

Piştaxtadakı “şokolad kimi” hiylələr

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mağazalarda şokoladların çəkisinin azaldığını və qiymətinin artdığını görürük.

Bununla yanaşı, bir çox məhsul artıq əvvəlki klassik şokolad dadını vermir. İstehsalçıların bir qismi qiymətləri endirmədən məhsulun həcmini azaldır, bəziləri isə həm çəkini kiçildir, həm də qiymət artımına gedir. Mütəxəssislər bildirirlər ki, istehsalçılar kakao kimi bahalı xammalların əvəzinə daha ucuz alternativlərdən istifadə edirlər. Hətta bəzi məhsulların tərkibi o qədər dəyişdirilib ki, onlar artıq şokolad kimi qəbul edilə bilməz. 

Məsələn, İngiltərədə qüvvədə olan qaydalara əsasən, bir məhsulun südlü şokolad adlandırılması üçün onun tərkibində ən azı 20 faiz kakao və 20 faiz süd qatısı olmalıdır. Bu tələblərə cavab verməyən məhsul “şokolad aromalı” adı ilə satışa çıxarılır və məhz bu səbəbdən artıq şokolad statusunu itirir. 

Bəs mağazalarda həqiqi şokoladı saxta şokolad məhsullardan necə ayırd edək? 

"Cümhuriyət"-ə açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, ucuz şokoladlar ucuz xammaldan hazırlanır. O qeyd edib ki, şokoladın tərkibinə bəzən süni qatqılar əlavə olunur və istehsalı üçün zəruri olan keyfiyyətli komponentlərdən tam istifadə edilmir:

"Şokoladın əsas tərkib hissələri kakao, kakao yağı, süd və süd məhsullarıdır. Hazırda bir çox istehsalçı maya dəyərini aşağı salmaq üçün müxtəlif üsullara əl atır. Belə ki, həm məhsulun rəf ömrünü uzatmaq, həm də istehsal xərclərini azaltmaq məqsədilə qida qatqıları və əvəzedici maddələrdən istifadə edir.

Bəzi hallarda bu məhsullar ucuz başa gəlsə də, istehlakçıya nisbətən baha qiymətə satılır. Bunun əsas səbəbi cəmiyyətdə formalaşmış yanlış fikirdir. Guya məhsul bahadırsa, deməli, keyfiyyətlidir və bahalı xammaldan istifadə olunub. Məsələn, kakao məhsullarının əsas tərkib hissələrindən biri kakao və kakao yağıdır. Lakin bəzi istehsalçılar kakao yağı əvəzinə daha ucuz başa gələn bitki yağlarından, xüsusilə palma yağından daha geniş istifadə edirlər. Hazırda palma yağı peçenyelərdən tutmuş şokoladlara, digər qida məhsullarına qədər bir çox sahədə istifadə olunur". 

Asim Vəliyev əlavə edib ki, istehlakçıları çaşdıran əsas məqamlardan biri məhsulların üzərində “şokolad” və ya “şokolad məhsulu” ifadələrinin yer almasıdır:

"Çaşdırıcı bir məqamı nəzərə almaq lazımdır ki, bəzən məhsulun üzərində “şokolad”, bəzən isə “şokolad məhsulu” yazılır. Bunlar tamamilə fərqli anlayışlardır. “Şokolad” deyildikdə, keyfiyyətli və tərkibi standartlara uyğun olan məhsul nəzərdə tutulur. “Şokolad məhsulu” isə tərkibində müxtəlif əvəzedicilər və qatqılar olan qida növüdür, necə ki, kərə yağlarında qablaşdırmada böyük hərflərlə “kərə yağı” yazılsa da, kiçik hərflərlə “bitki yağlı məhsul” və ya “spred yağ” yazılır.

Halbuki, əsl kərə yağının yağlılıq faizi 82-83 faizdən aşağı olmamalıdır. 70 faiz və ya buna yaxın olan göstəricilər artıq onun kərə yağı olmadığını göstərir. Eyni qida hiylələri şokolad məhsullarında da var. Burada kakaonun faizi, istifadə olunan yağın növü, şəkərin miqdarı, eləcə də məhsulun həqiqətən şokolad, yoxsa şokolad məhsulu olması xüsusi diqqət tələb edir. İstehlakçılar bu detallara diqqət yetirsələr, daha yaxşı olar". 

Qida eksperti vurğulayıb ki, şokoladla şokolad məhsulu arasındakı fərq bəzi dondurmalar arasındakı fərqə bənzəyir:

"Bir tərəfdə buzlu dondurmalar var, digər tərəfdə isə tərkibi təbii olan, əsl dondurma. Aralarındakı əsas fərq məhz tərkibdədir. Elementar bir misal çəkək, "üçü birində” adlanan qəhvələr var. Onların tərkinə baxdıqda görürük ki, qəhvənin özü cəmi 2-3 faiz təşkil edir. Qalan hissə qatqılardan ibarətdir. Şokolad və şokolad məhsulu arasındakı fərq də odur. Yəni şokoladda əsas komponentlər kakao kütləsi və kakao yağı olduğu halda, şokolad məhsullarında müxtəlif əvəzedicilər və qatqı maddələrindən istifadə olunur". 

Asim Vəliyev vurğulayıb ki, məhsulların tərkibində emulqatorlar (bir-biriylə qarışmayan mayeləri (məsələn, yağ və su) stabil bir şəkildə birləşdirən, emulsiya yaradan səthi-aktiv maddələrdir-red.) da var:

"Etiket məlumatlarına nəzər salsaq, ən çox istifadə edilən emulqatorlardan birinin soya lesitini olduğunu görərik. Bu maddə soya və ya günəbaxan mənşəli ola bilər. Lakin nəzərə almaq lazımdır ki, idxal olunan soya lesitinlərinin bir qismi genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilə bilər ki, bu da potensial risk yaradır. Bu baxımdan, istehlakçı olaraq bunlara diqqət etmək lazımdır. Eyni zamanda, təbii vanil əvəzinə müxtəlif aromalar və sintetik vanilin istifadə edilməsi hallarına da rast gəlinir. Məhsula dad və ətir vermək üçün müxtəlif qatqı maddələrindən istifadə olunur. Xüsusilə ağ şokoladlarda şəkərin miqdarı daha yüksək olur".

Qida məsələləri üzrə ekspert qeyd edib ki, istehlakçılara məhsul alarkən mütləq etiket məlumatlarını oxusunlar:

"Kakaonun faizinə diqqət etsinlər. Eyni zamanda, tərkibdə istifadə olunan bitki mənşəli yağ, hidrogenləşdirilmiş yoxsa palma yağı olmasına diqqət yetirsinlər. Şəkərin miqdarı da mühüm göstəricidir. Tərkib siyahısında şəkərin ilk sıralarda, yoxsa arxa planda olmasına baxsınlar. Çünki bu, məhsulda onun miqdarının yüksək olduğunu göstərir. Tərkib maddələri miqdarına görə ardıcıllıqla qeyd olunur". 

Asim Vəliyev bildirib ki, Avropa ölkələrində etiketləmə qaydalarına ciddi riayət olunur.

"Həqiqi şokoladda kakaonun faizi yüksək olur, təbii yağlardan istifadə edilir və şəkərin miqdarı yüksək deyil. Bu kimi detalları məhz etiket üzərində görmək mümkündür. Orada faiz göstəriciləri açıq şəkildə qeyd edilməlidir. Düzdür, Avropa ölkələrində etiketləmə qaydalarına ciddi şəkildə riayət olunur. Yəni məhsulun üzərində göstərilən qatqılar və maddələr həqiqətən də tərkibində mövcud olur. Lakin yerli bazarda bəzən aldadıcı hallara rast gəlinir. Belə ki, eyni etiket məlumatlarının bir neçə fərqli şokolad növünün üzərinə şablon kimi köçürüldüyü hallarla qarşılaşmaq mümkündür. Bu da göstərir ki, bəzi istehsalçılar istehlakçıları yanıltmağa çalışa bilirlər". 

Ekspertin sözlərinə görə, əvəzedicilər və qatqılar dadı əvəz edir və aroma verir, amma dadı elə olmur:

"Ümumiyyətlə, kakao tərkibli məhsullarda kakao komponentlərinin ümumi payı təxminən 25–30 faiz təşkil etməlidir. Amma satışda olan bütün şokoladlarda bunun olması sual altındadır. Bəzi hallarda süd əvəzinə süd tozundan istifadə olunur. Bu isə məhsulun qida dəyərini artırmır, sadəcə dadı və aroma verir. Eyni şəkildə vanil də əlavə olunur. Bunlar sadəcə dadı əvəz edir və aroma verir. Ətri ala bilirsiniz, amma dadı o deyil". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri