Icma.az
close
up
RU
Ümumdünya Şokolad Günüdür

Ümumdünya Şokolad Günüdür

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7 iyul tarixi dünyanın dörd bir tərəfində şirin bir səbəblə  —  Ümumdünya Şokolad Günü kimi qeyd olunur. Bu gün 1550-ci ildə Avropada ilk dəfə şokoladın tanıdılması ilə əlaqələndirilir. Tarixdəki bu dadlı hadisə bəşəriyyətin ən sevilən ləzzətlərindən birinin həyatımıza daxil olmasının başlanğıcı olub.

Sfera.az xəbər verir ki, şokoladın tarixi qədim Mayya və Azteklərə qədər gedib çıxır. Onlar şokoladı "tanrıların qidası" adlandırır və əsasən içki şəklində istifadə edirdilər. Zamanla Avropaya yayılan şokolad, xüsusən 19-cu əsrdən etibarən sənaye üsulları ilə istehsal olunmağa başladı və bütün dünyada geniş yayılaraq çoxmilyardlıq bir sənayeyə çevrildi.

Hazırda dünya üzrə illik şokolad istehsalı 8 milyon tona çatır. Təkcə 2024-cü ildə qlobal şokolad sənayesinin ümumi dəyəri 137 milyard dollar olaraq qeydə alınıb. Mütəxəssislər bu bazarın 2030-cu ilə qədər 200 milyard dollardan çox olacağını proqnozlaşdırır. Şokolad istehlakına görə İsveçrə birincidir. Bu ölkədə bir nəfər orta hesabla ildə 11 kiloqramdan çox şokolad yeyir. Şokolad istehsalında isə Belçika və İsveçrə kimi ölkələr Avropada liderlik edir. Kakaonun əsas istehsalçısı isə Qərbi Afrika ölkələridir – Fil Dişi Sahili və Qana dünyanın kakaosunun təxminən 60 faizini təmin edir.

Azərbaycanda da şokolad məhsullarına maraq ildən-ilə artır. Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ölkədə şokoladın həm idxalı, həm də yerli istehsalı artmaqdadır. Alıcıların seçimində daha çox südlü və tünd şokolad önə çıxır.

Tibb sahəsində aparılan tədqiqatlar da şokoladın bir çox müsbət təsirini üzə çıxarıb. Tünd (bitter) şokoladın tərkibindəki flavonoidlər ürək-damar sisteminə faydalı təsir göstərir, qandakı təzyiqi tənzimləyir və immun sistemini gücləndirir. Eyni zamanda, serotonin və endorfin hormonlarını artıraraq əhval-ruhiyyəni yüksəldir, stresin azalmasına səbəb olur. Təbii ki, bu faydaları əldə etmək üçün şokoladın miqdarına nəzarət edilməli, daha çox tünd və şəkəri az olan növlərə üstünlük verilməlidir.

Şokoladınız bol, ovqatınız şirin olsun!

Firuzə Əliyeva
Sfera.az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see260

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see232

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see229

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see220

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see211

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see211

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see189

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see167

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see158

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see155

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri