Piyada keçidi var, amma səkiyə çıxış yoxdur ŞİKAYƏT VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsində, "Memar Əcəmi" metrosunun yaxınlığında salınmış piyada keçidi vətəndaşlar üçün çətinlik yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə izləyicilərdən biri saytın “WhatsApp” qaynar xəttinə videomaterial göndərərək məlumat verib.
Kadrlardan görünür ki, piyada keçidi ilə yolun digər tərəfinə keçən şəxslər yoldan hündür, ağaclar əkilmiş torpaq sahəsi ilə qarşılaşırlar. Bu isə fiziki məhdudiyyətli şəxslərin, uşaq arabası ilə hərəkət edən valideynlərin və yaşlıların hündürlük fərqini aşaraq səkiyə qalxmasını çətinləşdirir. Ərazidə pandusun olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.
Şikayətçinin sözlərinə görə, bəzi sürücülər də piyada keçidindən istifadə edən şəxslərə yol vermirlər. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır.
İzləyici sözügedən ərazidə piyadaların, xüsusilə də hərəkət məhdudiyyətli şəxslərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq şərait yaradılmasının vacibliyini vurğulayır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227435.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Sentyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















