Icma.az
close
up
RU
Piyada keçidini bir bir keçənlər cərimələnə bilər? AÇIQLAMA

Piyada keçidini bir bir keçənlər cərimələnə bilər? AÇIQLAMA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir müddət əvvəl Milli Məclisin iclasında deputat Tahir Rzayev piyada keçidlərində insanların yolu bir-bir keçməsinin paytaxtda tıxacların artmasına səbəb olduğunu bildirmişdi. Deputat təklif etmişdi ki, piyadalar yolun qarşısında qrup şəklində toplandıqdan sonra keçid etsinlər. Bu fikir sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Bəzi vətəndaşlar bunu nəqliyyat sıxlığını azaltmaq üçün faydalı addım hesab etsə də, digərləri belə yanaşmanın həm hüquqi, həm də praktik baxımdan problemli olduğunu düşünür. Mövzunun yenidən gündəmə gəlməsi piyada keçidini bir-bir keçən şəxslər cərimələnə bilərmi sualını aktuallaşdırıb.


Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, piyadaların hərəkəti keçidin növündən və yolun nizamlama sistemindən asılı olaraq dəyişir:

“Elə piyada keçidləri var ki, orada hərəkət işıqfor vasitəsilə tənzimlənir. Belə ərazilərdə insanlar adətən kütləvi şəkildə yolu keçirlər. Amma elə keçidlər də var ki, onlar nizamlanmır – məsələn, yerüstü və yeraltı piyada keçidləri. Bu hallarda piyadaların tək-tək keçməsi mümkündür və bu, normal vəziyyət hesab oluna bilər”.
Ekspert qeyd edib ki, əsas məsələ piyadanın və sürücünün digər hərəkət iştirakçılarına mane olmamasıdır:
“Həm sürücülərin, həm də piyadaların məsuliyyəti var. Sürücü digər hərəkət iştirakçılarına mane olmamalı, onların hərəkət trayektoriyasını təhlükəyə atmamalıdır. Piyadalar da eyni şəkildə digər şəxslərin hərəkətinə mane olmamalıdırlar”.

Aslan Əsədovun sözlərinə görə, sürətli və təhlükəli yollarda piyadalar daha diqqətli davranmalıdırlar:
“Əgər piyadalar müəyyən olunmamış yerlərdən, xüsusilə sürətli yollardan keçməyə çalışırlarsa, bu zaman öz təhlükəsizliklərinə görə məsuliyyət daşıyırlar. Belə hallarda inzibati məsuliyyət də yarana bilər”.
Ekspert hesab edir ki, piyadaların qrup şəklində və ya tək-tək keçməsi məsələsi hər yolda eyni formada qiymətləndirilə bilməz:
“Bakıda və bölgələrdə elə yollar var ki, onların əksəriyyəti işıqforla tənzimlənir. Orada hərəkət üstünlüyü yaşıl və qırmızı işıq siqnalları ilə müəyyən edilir. Bu səbəbdən piyadaların mütləq qrup halında yolu keçməsi ilə bağlı yanaşmanı bütün keçidlərə tətbiq etmək düzgün olmaz”.


Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində piyadaların yolu “bir-bir keçməsi” ayrıca hüquq pozuntusu hesab edilmir:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” Qanun piyadaların yol keçməsi qaydalarını müəyyən edir. Qanuna əsasən piyadalar yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, svetofor siqnallarına əməl etməli və yol hərəkətinə mane yaratmamalıdır. Amma ‘piyada keçidini bir-bir keçmək’ ayrıca qayda pozuntusu kimi nəzərdə tutulmayıb. Buna görə də sırf bu səbəbdən cərimə tətbiqi üçün hüquqi əsas yoxdur”.
Hüquqşünas qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən piyadalar yalnız müəyyən hallarda məsuliyyət daşıyırlar:
“Piyada svetoforunun və ya nizamlayıcının işarələrinə əməl etməmək, avtomobillərin qarşısına qəfil çıxmaq, xüsusi siqnallı nəqliyyat vasitələrinə yol verməmək kimi hallar 20 manat məbləğində cərimə ilə nəticələnə bilər. Eyni zamanda müəyyən olunmamış yerdən yolu keçən piyadalar da cərimələnirlər”.
Onun sözlərinə görə, yalnız piyadanın davranışı real maneə yaratdığı halda məsuliyyət məsələsi ortaya çıxa bilər:
“Əgər piyadalar qəsdən nəqliyyatın hərəkətini bloklayır, yolu ləngidir və süni tıxac yaradırsa, bu zaman onların hərəkəti yol hərəkətinə maneə yaratmaq kimi qiymətləndirilə bilər. Amma bu, avtomatik qayda deyil və hər konkret hal ayrıca sübut olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri