Icma.az
close
up
RU
Avtobusda yüksək səslə videoya baxanlar cərimələnə bilər AÇIQLAMA

Avtobusda yüksək səslə videoya baxanlar cərimələnə bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai nəqliyyatda hər gün yaşanan tıxac problemi sərnişinlərin onsuz da gərgin olan əsəblərini bir qədər də tarıma çəkir. Saatlarla yolda qalmaq, işdən yorğun çıxıb mənzil başına vaxtında çata bilməmək və avtobusların addım-addım irəliləməsi insanlarda təbii aqressiya yaradır. Belə vəziyyətlərdə bəzi sərnişinlərin etik normaları kənara qoyaraq ətrafdakılara qarşı anlayışsız davranması gərginliyi pik həddə çatdırır. Xüsusilə son zamanlar avtobus və metrolarda mobil telefonla yüksək səslə musiqi dinləmək, sosial şəbəkələrdəki videoları, serialları hamının eşidə biləcəyi tonda izləmək ciddi narahatlıq doğurur.
Əksər hallarda bu hərəkətlər sərnişinlər arasında şifahi mübahisələrə, bəzən isə fiziki qarşıdurmalara qədər gedib çıxır. Bir çox sərnişin bunu sadəcə mədəniyyət çatışmazlığı hesab etsə də, məsələnin hüquqi tərəfləri də mövcuddur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, ictimai nəqliyyatda yol getmək istəyərkən kimsə telefonundan açıq və yüksək səslə filmə baxırsa və ya mahnıya qulaq asırsa, bu həm narahatlıq yaradır, həm də ictimai mədəniyyət baxımından xoş qarşılanmır.
“İctimai nəqliyyatda açıq səslə filmə baxmaq və ya mahnıya qulaq asmaq birbaşa cərimə tətbiqini nəzərdə tutan xüsusi inzibati xəta kimi göstərilməyib. Lakin belə hərəkətlər ictimai qaydanı pozarsa və ya digər sərnişinlərin rahatlığına ciddi mane olarsa, bu, xırda xuliqanlıq kimi qiymətləndirilə bilər və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə səbəb ola bilər. Xırda xuliqanlıq dedikdə isə, ictimai qaydanı pozan, lakin zor tətbiq olunmadan və ya əmlaka zərər vermədən baş verən hərəkətlər nəzərdə tutulur və belə hallarda cərimə tətbiq oluna bilər. Xırda xuliqanlığa görə şəxs(lər) əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 (on beş) günədək müddətə inzibati həbs tətbiq olunur”.
Goranboyda baş verən analoji hadisə isə bu cür halların nə dərəcədə təhlükəli həddə çata biləcəyini göstərir. Rayonun Mənəşli kəndində qonşusundan avtomobildəki musiqinin səsini azaltmağı xahiş edən 1993-cü il təvəllüdlü Tural Tanverdiyev mübahisə nəticəsində küt alətlə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Nurlan Qurbanov artıq polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı araşdırmalar davam etdirilir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri