Icma.az
close
up
RU
Piyada qayda pozarsa, sürücü məsuliyyət daşıyır?

Piyada qayda pozarsa, sürücü məsuliyyət daşıyır?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bəzən piyadalar sürətli yolları, xüsusilə də avtomagistral və yüksək sürət həddi olan magistral yollarda keçid olmadığı yerlərdən keçməyə cəhd edirlər. Bu halda həm öz həyatlarını təhlükəyə atırlar, həm də həmin yoldan istifadə edən sürücülər üçün qəfil və ağır nəticələrə səbəb ola biləcək riskli vəziyyətlər yaradırlar. Bəs sürət həddi yüksək olan yolda piyada qəfil şəkildə, keçid olmayan yerdən keçərək sürücünün qarşısına çıxarsa və nəticədə ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərsə, sürücünün hüquqi məsuliyyəti necə müəyyən olunur?

Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, burada piyada ilə bağlı bir neçə məqama fikir vermək lazımdır:

“İlk növbədə piyadanın hadisə zamanı spirtli içki və ya narkotik maddələrin təsiri altında olub-olmaması məsələsi araşdırılır. Eyni zamanda onun yolu haradan keçməsi də əhəmiyyətlidir. Əgər piyada piyadalar üçün nəzərdə tutulmuş keçid zolağından və ya yolayrıcından istifadə edərək yolu keçibsə, bu onun xeyrinə qiymətləndirilir və belə halda sürücünün məsuliyyəti daha da artır”.

İ.Hüseynlinin sözlərinə görə, əgər piyada keçidi olmayan yerdən keçibsə belə, sürücünün burada məsuliyyət məsələləri var:

“Sürücünün yol hərəkəti qaydalarına necə əməl etdiyi də mütləq araşdırılır. Burada sürət həddinə riayət edilib-edilməməsi, nəqliyyat vasitəsinin texniki vəziyyəti və hadisə zamanı sürücünün əyləcdən düzgün istifadə edib-etmədiyi önəmli amillər sırasındadır. Avtomobilin hansı məsafədə dayana bildiyi, əyləc sisteminin funksionallığı, sürüşmə məsafəsi və digər texniki göstəricilər avtotexniki ekspertiza vasitəsilə müəyyən olunur. Bütün bu məsələlər sürücünün xeyrinədirsə, o zaman belə qənaətə gəlmək olar ki, o, yalnız inzibati xətaya görə məsuliyyət daşıyır. Lakin əgər sürücü sürət həddini aşmış, piyadanı keçid zolağında vurmuş və ya hadisə zamanı özü alkoqol və ya narkotik maddələrin təsiri altında olmuşsa, bu halda cinayət məsuliyyəti yaranır. Əgər belə bir hadisə insanın ölümünə səbəb olubsa, bu, artıq cinayət məsuliyyəti sayılır və ölüm faktına görə sürücü qanunvericilikdə nəzərdə tutulan cinayət əməlinin cəzasını almalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 May 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri