Icma.az
close
up
RU
Piyada yoluna çıxma, sürücü!

Piyada yoluna çıxma, sürücü!

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dəfələrlə müxtəlif səviyyələrdə tənqid olunmasına baxmayaraq, yenə də Bakı küçələrinin piyada səkiləri müxtəlif növ avtomobillər üçün dayanacağa çevrilməkdədir. Piyadaların hər iki istiqamətdə hərəkət etdikləri səkilərdə qaydalara məhəl qoymayan hansısa sürücülər maşın saxlayır və gediş-gəlişə mane olurlar.

Doğrudur, bəzən ölkəmizdə avtomobillərin səkiləri zəbt etməsinə qarşı reydlər keçirilir, təqsirkarlar məsuliyyətə cəlb olunurlar.Təəssüf ki, bu kollajdakı mənzərəyə bənzər hallara, nədənsə, Dövlət Yol Polisi (DYP) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), yumşaq desək, bir qədər loyal münasibət bəsləyirlər. Xüsusilə də axşam saatlarında səkiləri elə hey avtomobillər zəbt edir. Əslində, piyada narahatlıqları, əsəb gərginlikləri baxımından elə səkidə maşın “park” etmək, dayanma-durma qaydalarını pozmaq da avtoxuliqanlıq sayılmalıdır. Axı, bu üzdən piyadalar ciddi əziyyət çəkir və haqlı narazılıqlarını dilə gətirirlər.

Piyadaların əziyyəti bir yana, sürücü mədəniyyəti deyilən bir nəsnəni “unudan”lar Bakının xarici qonaqlarının, turistlərin onların haqqında nə düşündüyünü də veclərinə almırlar. Yeri gəlmişkən, Avropa ölkələrində yanlış parketmə problemi yaradanlara, nəqliyyat vasitələrini təsadüfi yerdə saxlayanlara xüsusi xəbərdarlıq və böyük cərimələr edilir. Məsələn, “Saxlamaq qadağandır!” qadağasına məhəl qoymamaq 10, əlillər üçün dayanacaqda parkinq isə 35 avrodur. Yanlış park edən sürücülər həmişə xəbərdarlıq və ya cərimə ilə yaxalarını qurtara bilməzlər. Qaydaların davamlı pozulması zamanı ödəniləcək məbləğ 3 rəqəmə qədər çatır. Sürücülər parketmə cəriməsindən əlavə, təxliyyə xərclərini, habelə bələdiyyə vergisini də ödəməli olurlar.

Hələ onu demirik ki, bizdə yolların kəsişmə nöqtəsinə yaxın yerlərdə, “zebra” xətti üzərlərində avtomobil saxlama halları da olur və bu da yolun daralmasına, hərəkətin çətinləşməsinə gətirib çıxarır.

Xatırladaq ki, ötən il qəzetimizin 2 mart tarixli sayında verdiyimiz “Ehey, kim saxlayıb bu səkidə maşını?..” adlı replikada da eyni problemi qaldırmışdıq. Həmin yazıda paytaxtın dəmiryol vağzalı ilə “28 May” metro stansiyasının qar-şısındakı meydanda, görkəmli dramaturq Cəfər Cabbarlının abidəsinin düz arxa tərəfində rəsmi pullu dayanacaq fəaliyyət göstərdiyinə diqqət cəlb edilirdi. Yazmışdıq ki, bu, günün istənilən vaxtında böyük piyada sıxlığı müşahidə olunan bir yer üçün tamamilə qəbuledilməzdir. Həmin replikamız belə bitirdi: “Hələ onu demirik ki, bu azmış kimi, həmin dayanacağın ətrafında da minik avtomobilləri “park” edilməklə daha acınacaqlı vəziyyət yaradır. “Parkinq”in yerində gül-çiçəkli park və ya xiyaban yaradılsa, daha məqsədəuyğun olmazmı?”

Nəhayət, səsimiz eşidildi və 2024-cü ilin payızında həmin meydanda yenidənqurma işləri görüldü: parkinq ləğv edildi, meydan ərazisində fərdi və digər nəqliyyat vasitələrinin hərəkətinə son qoyuldu, piyadalar və velosiped sürənlər üçün zolaqlar yaradıldı. İndi orada gözəl bir park yaradılıb, meydana yalnız məhdud sayda marşrut avtobusları daxil ola bilir.

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, ölkədə həm parklanma yerlərinin təşkili ilə, həm də dayanma-durma yerlərinin müəyyən edilməsi ilə bağlı problemlər var. Onun sözlərinə görə, bəzi sürücülər başqalarını nəzərə almadan, yol hərəkəti qaydalarına biganə yanaşırlar ki, bu da onların öz maraqlarını üstün tutmasından irəli gəlir. Sürücülərdən, sadəcə, yol hərəkəti qaydalarına riayət etmələri tələb olunur. Onlar bilməlidirlər ki, səkilər piyadaların hərəkəti üçün nəzərdə tutulub və bu yerlər zəbt olunanda onlar da yolun maşın hərəkəti hissəsi ilə getməyə məcbur olurlar. Nəticədə ciddi təhlükələr yaranır. Digər tərəfdən, yol polisləri də buna daha ciddi nəzarət etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə görə, səkidə park edilmiş avtomobil gediş-gəlişə mane olursa, evakuasiya edilərək, cərimə meydançasına aparılmalıdır. Yeri gəlmişkən, 346-cı maddəyə görə, indi artıq cərimə məbləği 60 manata qaldırılıb və 2 cərimə balı da yazılır. İctimai tənbeh də güclənməlidir. Düşünürəm ki, belə olsa, “dəcəl” avtomobilləri biz artıq səkilərdə görmərik”.

Ümid edirik ki, göstərilən nöqsanların qarşısı daha qətiyyətlə alınacaq və heç kəs maşınını səkilərdə saxlamaq fikrinə düşməyəcək.

Əli DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri