Icma.az
close
up
RU
Piylənmə uşaqlıq dövründə başladısa, hansı xəstəliklər qaçılmaz ola bilər? PEDİATR AÇIQLADI

Piylənmə uşaqlıq dövründə başladısa, hansı xəstəliklər qaçılmaz ola bilər? PEDİATR AÇIQLADI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Uşaqlıq dövründə başlayan piylənmə təkcə estetik problem deyil. Bu, gələcək sağlamlıq üçün ciddi siqnaldır. Erkən yaşlarda artıq çəkinin formalaşması orqanizmin maddələr mübadiləsini dəyişir və böyüklük yaşlarında bir çox xroniki xəstəliklərin əsasını qoyur". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, uşaqlıq dövrü bədənin inkişaf və formalaşma mərhələsidir: "Bu dövrdə artıq yağ toxumasının yığılması metabolik sistemin “proqramlanmasına” təsir edir. Araşdırmalar göstərir ki, uşaqlıqda piylənməsi olan şəxslərin təxminən 70-80 faizi böyüklük yaşlarında da artıq çəkini qoruyur. Bunun əsas səbəbi odur ki, uşaqlıqda yağ hüceyrələrinin sayı artır. Sonrakı illərdə arıqlama zamanı bu hüceyrələr yox olmur, yalnız kiçilir və bu da piylənmənin təkrarlanmasını asanlaşdırır.

Uşaqlıq dövründə başlayan piylənmə böyüklük yaşlarında bir sıra ciddi xəstəliklərin riskini artırır. Artıq çəki insulinə rezistentliyin erkən inkişafına səbəb olur ki, bu da 2-ci tip şəkərli diabet riskini yüksəldir. Eyni zamanda, damar divarlarının sərtləşməsi və erkən ateroskleroza yol açaraq arterial təzyiqin yüksəlməsinə, nəticədə infarkt və insult riskinin artmasına gətirib çıxarır.

Uşaqlıq piylənməsi həmçinin qanda xolesterin və trigliserid səviyyəsinin artmasına, qaraciyərin yağlanmasına və hormonal balansın pozulmasına səbəb ola bilər. Qızlarda polikistik over sindromu, oğlanlarda isə testosteron səviyyəsinin azalması müşahidə edilir ki, bu da reproduktiv sağlamlığa mənfi təsir göstərir. Artıq bədən çəkisi həmçinin diz, bel və onurğa üzərində əlavə yük yaradır, erkən yaşlarda oynaq ağrıları və osteoartrit riskini artırır. Psixoloji təsirlər də əhəmiyyətlidir. Uşaqlıqda artıq çəki özgüvənin azalmasına, sosial təcridə, depressiya və yemək pozğunluqlarına yol aça bilər və bu təsirlər çox zaman böyüklük yaşlarında da davam edir.

Bu risklər tamamilə qaçılmaz deyil, lakin erkən müdaxilə edilmədikdə uşaqlıq piylənməsi adətən böyüklük yaşlarına daşınır və fəsadlar yavaş-yavaş ortaya çıxır. Düzgün qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin artırılması və ailənin aktiv iştirakı ilə bu risklərin böyük hissəsinin qarşısını almaq mümkündür. Ən vacib məqam piylənməni “uşaq böyüyəndə keçər” düşüncəsi ilə gecikdirməməkdir.

Uşaqlıq dövründə başlayan piylənmə diabetdən tutmuş ürək-damar və hormonal xəstəliklərədək bir çox ciddi problemin əsasını qoyur. Erkən profilaktika və vaxtında müdaxilə isə sağlam gələcəyin ən güclü təminatıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri