Icma.az
close
up
RU
Piylənməyə qarşı dərmanlarla bağlı

Piylənməyə qarşı dərmanlarla bağlı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, araşdırma aparan alimlər bildirirlər ki, artıq çəkinin sürətlə azalmasının insanı avtomatik olaraq daha xoşbəxt edəcəyi barədə geniş yayılmış fikir öz təsdiqini tapmayıb. Araşdırma göstərib ki, insanlar xeyli çəki itirsələr də, psixoloji vəziyyətləri, gündəlik həyatlarından məmnunluqları və fiziki rifah hissləri əvvəlki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişməyib.

Tədqiqat Çinin Siçuan Universitetinin Qərbi Çin Xəstəxanasının professoru Şeyyu Linin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Mütəxəssislər 262 klinik araşdırmanın nəticələrini təhlil edərək təxminən 100 min yetkin pasiyentin iştirak etdiyi 19 müxtəlif arıqlama preparatını qiymətləndiriblər.

Araşdırmaya əsasən, ən yüksək nəticəni tirzepatid və hələ sınaq mərhələsində olan CagriSema preparatı göstərib. Bu dərmanlardan istifadə edənlər bir il ərzində bədən çəkilərinin təxminən 15 faizini itiriblər. Məşhur Ozempic və Wegovy preparatlarının əsas təsiredici maddəsi olan semaqlutid isə orta hesabla 10 faiz, onun tablet forması isə 11 faiz çəki azalmasına kömək edib.

Alimlər müəyyən ediblər ki, tirzepatid və CagriSema qəbul edən pasiyentlərin təxminən yarısı ilkin çəkilərinin 20 faizini itirməyə nail olub. Müqayisə üçün qeyd edilir ki, yalnız idman və kalorinin azaldılması hesabına arıqlayanlarda bu nəticəyə cəmi iki faiz iştirakçı çata bilib.

Bununla belə, iştirakçıların əhvalı, enerjisi və gündəlik aktivliyini qiymətləndirən psixoloji testlər ciddi dəyişiklik qeydə almayıb. Alimlər hesab edirlər ki, sürətli arıqlamaya baxmayaraq, orqanizmin yeni vəziyyətə uyğunlaşması vaxt tələb edir və müşahidə müddəti bu təsiri qiymətləndirmək üçün kifayət etməyə bilər.

Araşdırma dərmanların əlavə təsirlərini də üzə çıxarıb. Mütəxəssislərin sözlərinə görə, ən güclü arıqlama preparatları ürəkbulanma, qusma və ishal kimi problemlərə adi pəhrizlə müqayisədə üç-dörd dəfə daha çox səbəb olur. Bir çox pasiyent güclü halsızlıqdan şikayət edib və onların əhəmiyyətli hissəsi ilk il ərzində müalicəni yarımçıq dayandırıb.

Alimlər daha bir mühüm riskə də diqqət çəkiblər. Xüsusilə tirzepatid qəbul edən insanlarda yağla yanaşı əzələ kütləsinin də sürətlə azalması müşahidə olunub. Araşdırmaya görə, bəzi hallarda quru əzələ kütləsinin səkkiz faizdən çoxu itirilib ki, bu da xüsusilə yaşlı insanlar üçün ciddi təhlükə hesab olunur.

Tədqiqatın ən müsbət nəticəsi isə semaqlutidlə bağlı olub. Məlum olub ki, bu preparat xroniki ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini təxminən 20 faiz azalda bilir.

Araşdırmanın müəllifləri sonda belə nəticəyə gəliblər ki, piylənməyə qarşı ideal dərman hələ mövcud deyil. Bəzi preparatlar çəkinin azalmasında daha effektiv olsa da, digərləri ürək-damar sağlamlığının qorunmasında daha faydalıdır. Buna görə də müalicə üsulu seçilərkən yalnız arıqlama deyil, həm də pasiyentin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri