Icma.az
close
up
RU
“Piylənməyə Qarşı Sağlam Həyat” Layihəsinin Təqdimatı

“Piylənməyə Qarşı Sağlam Həyat” Layihəsinin Təqdimatı

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sağlam həyat tərzinin təbliği məqsədilə “Piylənməyə Qarşı Sağlam Həyat: Velo Hərəkəti ilə Yeni Nəfəs” adlı layihə çərçivəsində tədbir təşkil olunub. “İnnovativ media"  Jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin təşəbbüsü ilə keçirilən bu tədbirdə sosial çarxın təqdimatı olub və iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

525.az xəbər verir ki, Sosial çarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Məqsəd piylənmə ilə mübarizə aparmaq və sağlam həyat tərzini təşviq etmək üçün velosiped istifadəsini populyarlaşdırmaqdır. Layihə, fiziki aktivliyi artıraraq piylənmədən qaynaqlanan sağlamlıq problemlərinin qarşısını almağı, ətraf mühitin qorunmasına töhfə verməyi və fərdlərin fiziki rifahını yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda velosiped sürmənin həm əyləncəli, həm də əlçatan bir idman növü olduğu göstərilir.

Tədbiri açılış nitqi ilə açan layihə rəhbəri Aynur Nəsirova layihənin vacibliyindən danışdı və bildirdi ki, sağlam həyat tərzinin təbliği mediada önəmli mövzulardan biridir. Ardınca iştirakçıları məlumatlandırmaq məqsədilə videorolik izləndi.

Sonra işçi qrupunun üzvü Loğman Avaz tələbələrin videoroliklə bağlı fikirlərini dinlədi. Videoçarxın məqsədi insanları sağlamlığa diqqət yetirməyə çağırmaq, şəhərdə velosiped sürmək üçün şəraitin olduğunu göstərmək və sağlam həyat tərzinin vacibliyini izah etmək idi.

Tədbirdə iştirak edən  media mütəxəssisləri Afaq Sadıqova, Xatirə Hüseynova isə layihəni yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin medianın maarifləndirmə funksiyasını uğurla yerinə yetirdiyini vurğuladılar.

Müzakirələr zamanı İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişinin redaktoru Nüşabə Hüseynova da çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndirdi, medianın ictimai sağlamlığa töhfəsindən danışdı.

Tədbirin sonunda Aynur Nəsirova və Loğman Avaz tədbirin uğurlu və faydalı olduğunu vurğuladılar. Onlar iştirakçılara təşəkkür edərək, bu fəaliyyətlər sağlam həyat tərzini təşviq etməklə yanaşı, ətraf mühitin qorunmasına və cəmiyyətə sosial təsirlərin yaxşılaşdırılmasına töhfə verəcəyini bildirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri