Icma.az
close
up
RU
PKTU BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub

PKTU BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsinə 2026/2027-ci tədris ili üzrə ilk qəbul həyata keçirilib. Yeni yaradılan fakültə üzrə müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib.

Nəzərdə tutulduğu kimi, fakültənin kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul edilib. Qəbul olunan 100 tələbədən 57-si 500-dən yüksək bal toplayıb. Onlardan 51 nəfər 500-600 bal aralığında, 6 nəfər isə 600-dən yuxarı nəticə göstərib.

Fakültənin fəaliyyətə başladığı ilk ildə qəbul planının tam həcmdə yerinə yetirilməsi, qəbul olunan tələbələrin 57 faizinin isə 500-dən yüksək nəticə göstərməsi PKTU-BMU Mühəndislik fakültəsinə olan yüksək marağın və formalaşan tələbə kontingentinin akademik hazırlıq səviyyəsinin mühüm göstəricisidir.

PKTU-BMU Mühəndislik fakültəsində təhsil prosesi ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında təşkil olunacaq. Bu modelə uyğun olaraq, tələbələr təhsillərinin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Təhsil proqramını uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.

Fakültədə tədris prosesi BMU və PKTU-nun yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə həyata keçiriləcək. Tələbələr hər iki universitetin akademik və elmi potensialından, müasir tədris metodlarından və qabaqcıl akademik təcrübəsindən yararlanmaq imkanı əldə edəcəklər.

Çinlə əməkdaşlıq çərçivəsində mühəndislik və texnologiyanın mühüm istiqamətlərini əhatə edən yeni fakültənin fəaliyyətə başlaması BMU-nun beynəlxalq akademik tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, müasir mühəndislik istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və tələbələrin qlobal akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. PKTU və BMU-nun birgə akademik və elmi potensialına əsaslanan bu təhsil modelinin tələbələrə müasir mühəndislik bilikləri və peşəkar kompetensiyalar qazandırmaqla yanaşı, onların beynəlxalq akademik və əmək mühitinə hazırlıq səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri