Icma.az
close
up
RU
Çin nümayəndə heyəti PKTU BMU tələbələri ilə görüşüb

Çin nümayəndə heyəti PKTU BMU tələbələri ilə görüşüb

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin (PKTU) Şura sədri və Partiya Komitəsinin katibi Li Nanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu il fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsi tələbələrinin görüşü təşkil olunub. 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri, qarşılıqlı hörmət və etimada söykənən siyasi dialoq iki ölkənin əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində mühüm rol oynayır.

Rektor BMU ilə PKTU arasında qurulmuş tərəfdaşlığı bu münasibətlərin təhsil və elm sahəsindəki təzahürlərindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 2025-ci ildən etibarən 6 ixtisas üzrə 2+2 modeli ilə ikili diplom proqramının həyata keçirilməsi, bu ildən isə 3+1 modeli ilə 4 ixtisas üzrə birgə fakültənin fəaliyyətə başlaması tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Yaqub Piriyev tələbələrin beynəlxalq akademik təcrübənin, müasir mühəndislik bilikləri və fərqli elmi-mədəni mühitlərin bir araya gəldiyi xüsusi bir təhsil məkanında təhsil almalarını onların qarşısında geniş perspektivlər açmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət də qoyduğunu bildirib. Rektor əminliklə ifadə edib ki, fakültənin ilk tələbələri yeni akademik ənənənin formalaşmasında aktiv iştirak edəcək, gələcək nəsillər üçün yol açacaq, fakültənin akademik nüfuzu və uğur tarixinin formalaşmasına öz töhfələrini verəcəklər. PKTU-BMU Mühəndislik fakültəsi gələcəkdə yüksəkixtisaslı mühəndis kadrları hazırlayan nüfuzlu akademik mərkəzə çevriləcək, universitetlər və ölkələr arasında dostluq, elmi əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Yaqub Piriyev PKTU nümayəndə heyətinin səfərinin və tələbələrlə görüşünün qarşılıqlı əlaqələrə yeni dinamika qazandıracağına, gələcək birgə fəaliyyət üçün əlavə imkanlar yaradacağına inamını vurğulayıb. Eyni zamanda tələbələrə müraciət edərək onları yaradılmış imkanlardan səmərəli yararlanmağa, təşəbbüskar və yeniliklərə açıq olmağa, eyni zamanda Azərbaycanı Çində layiqincə təmsil etməyə çağırıb və təhsillərində uğurlar arzulayıb. 

Sonra PKTU-nun Şura sədri və Partiya Komitəsinin katibi Li Nan birgə fakültənin ilk tələbələrini təbrik edərək, bu fürsətin onlar üçün həm dəyərli təcrübə, həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Bildirib ki, iki universitet arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda Çin və Azərbaycan universitetlərinin birgə təsis etdiyi ilk mühəndislik fakültəsi fəaliyyətə başlayıb və tələbələr bu layihənin tarixində xüsusi yer tuturlar. Li Nan tələbələri təhsillərinə məsuliyyətlə yanaşmağa, fundamental bilik və bacarıqlara dərindən yiyələnməyə çağırıb, həmçinin gələcəkdə Pekindəki yeni təhsil və sosial mühitə uyğunlaşmaları ilə bağlı tövsiyələrini verib. Qədim İpək Yolunun tarixən Şərqlə Qərb arasında ticarət və sivilizasiyalararası əlaqələrin inkişafında mühüm körpü rolunu oynadığını vurğulayan Şura sədri bildirib ki, bu gün iki universitet arasında qurulan əməkdaşlıq da təhsil sahəsində yeni bir körpünün əsasını qoyur. O, tələbələri bu körpünün gələcəyə doğru irəliləyən əsas iştirakçıları kimi səciyyələndirib.

Həmçinin onların əldə edəcəkləri bilik və təcrübənin Azərbaycanın inkişafına, eləcə də Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Çıxışların ardınca Yaqub Piriyev və Li Nan fakültənin tələbələrə döş nişanı taxıblar. Tədbir çərçivəsində fakültənin tələbələri tərəfindən PKTU nümayəndə heyətinin Çin dilində musiqili salamlanması və BMU-nun rəqs kollektivi tərəfindən Azərbaycan milli rəqs nümunəsi təqdim olunub. 

Fakültənin tələbələri ilə xatirə fotosu çəkdirildikdən sonra qonaqlar BMU Texnoparkı və Mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olub, burada aparılan elmi-tədqiqat işləri və tədris imkanları barədə məlumatlandırılıblar.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri