Icma.az
close
up
RU
BMU İNHA İDP üzrə qəbul planı 96 faiz dolub

BMU İNHA İDP üzrə qəbul planı 96 faiz dolub

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

"Unikal" xəbər verir ki, 350-dən çox abituriyentin qeydiyyatdan keçdiyi, 280 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, ayrılan plan yerləri 96 faiz dolub. Builki tədris ilində ayrılan 100 yer üzrə  müvafiq olaraq, 25 tələbə “İnformasiya texnologiyaları”, 25 tələbə “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), 25 tələbə “Data analitikası” (Data elmləri), 21 tələbə isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.

Qəbul göstəricilərinə əsasən, İDP tələbəsi adını qazanmış 96 nəfərdən 51%-ni 500 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil edib. 

Abituriyentlər arasında ən yüksək balı (659.4) “İnformasiya texnologiyaları" ixtisasına qəbul olmuş Üzeyir Bayramlı toplayıb. Digər ixtisaslar üzrə isə Ömər Əliyev (“Kompüter elmləri” (Süni intellekt mühəndisliyi)-648,9 bal), Rüfət Hüseynli (“Data analitikası” (Data elmləri)-630 bal), Xədicə Həsənli (“Elektrik və elektronika mühəndisliyi” - 602,5 bal) yüksək nəticə göstərib.

Bu göstəricilər vurğulamağa əsas verir ki, BMU-İNHA İDP-yə yüksək bal toplamış tələbələrin cəlb olunması uğurla təmin edilib.

Cari ilin avqust ayının 11-də BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib.  Daxili imtahanlar riyaziyyat, fizika, ingilis dili fənlərini əhatə edib. 

İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri