Planet Palace şadlıq sarayında ifa olunan musiqilərə qadağa qoyulması istənilir
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bakıda məşhur restoranlarda musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi tələb edilir.
Qaynarinfo-nun məlumatına görə, "Azərbaycan Müəllifləri" İctimai Birliyinin sədri Vilayəddin Muradov "Planet Palace" şadlıq sarayı barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciətdə "Planet Palace" şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, müəllif qonorarı kimi ödənilməmiş 25800 manat və 45000 manat kompensasiyanın onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunub.
"Planet Palace" şadlıq sarayının sahibi sözügedən birliyə pandemiyadan sonrakı keçən 43 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün ödəniş etməyib.
Vilayəddin Muradov "Planet Palace" şadlıq sarayında "musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya" tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Ali Məhkəməsinə göndərilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Mart 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















