Icma.az
close
up
RU
Plasebo effekti: inamın gücü ilə yaşamaq da olar, ölmək də...

Plasebo effekti: inamın gücü ilə yaşamaq da olar, ölmək də...

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu gün sizə elmə çoxdan məlum olsa da, izahını tam tapa bilməmiş plasebo effekti barədə məlumat verəcəyik. Bu effekt barədə ilk məlumatlara orta əsrlərdə rast gəlinir. Belə ki, orta əsrlərdə, fərqli düşünən insanlar inkvizisiya məhkəmələrində ölümə məhkum edilirdilər. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onları kütləvi şəkildə məhv etmək üçün tərkibi təbaşir tozundan ibarət olan məhlul içirirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də, insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə olub. Mədəaltı vəzi özü lazımı zəhəri hazırlayırdı". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. O qeyd edib ki, Plasebo effekti barədə dahi Nizaminin də maraqlı hekayəsi var. Düzdür, burada plasebo terminindən istifadə olunmayıb. İki rəqib təbib bir-birilərini hazırladıqları güclü zəhərlə sınağa çəkir. Onlardan biri rəqibinə sadəcə su verir və bildirir ki, bu zəhərdir. Rəqibi həmin suyu içərək həyatını itirir. 800 il öncə Azərbaycan ədəbiyyatında da inamın gücüylə həyat və ölüm tapmağın mümkünlüyündən bəhs edilmişdi.

Psixoloqun fikrincə, tibbdə plasebo effekti deyilən anlayış inam gücü ilə sağalmaq və xəstələnmək, ölmək anlamına gəlir. Maraqlıdır ki, hər kəsin plasebo effektinə reaksiyası eyni olmur. Azyaşlı uşaqlarda plasebo effektinin özünü göstərməsi də maraqlı məqamdır. Özünütəlqin və yüksək inanc sahibi olmayan uşaqlarda bu effektin nə üçün yaşlılara nisbətən yüksək səmərə verməsi, hələlik elmi izahını tapa bilməyib. Plasebo psixologiya, fiziologiya elmi üçün hələ də sirli hadisə sayılsa da, son illərdə plasebo effektindən tibbdə geniş istifadə edilir. Xüsusilə, psixiatriya sahəsində bu effektdən geniş istifadə olunur.
Y.Əsgərovanın sözlərinə görə, tarixi 1300-cü illərə gedib çıxan plasebonun klinik təbabətdə istifadə tarixi də çoxdan başlayıb. Məsələn, 18-19-cu əsrlərdə yaşamış məşhur həkim Matvey Mudrov xəstələrin ağrılarını yüngülləşdirmək üçün sadə, qızıl və gümüş tozlarından istifadə edirdi. Yalnız həkimin ölümündən sonra məlum oldu ki, bu tozların əsas komponenti üyüdülmüş təbaşirdir. Plasebo tədqiqatları təsdiq etdi ki, vücudumuzun şüurla daha dərin əlaqələri var. Son onilliklərdə aparılan ciddi elmi araşdırmalara əsasən, plasebo effekti uydurma deyil, onun mexanizmi daha dərinə gedir. Plasebo sinir, hormonal və hətta immunitet sisteminə təsir göstərir, beyni və onun vasitəsilə bədənin digər funksiyalarını bərpa edir. Astma, ürək-damar xəstəlikləri, mədə-bağırsaq və sinir xəstəlikləri, narahatlıq və depressiya hallarında yaxşılaşma müşahidə olunur. Plasebo effekti ayrılıqda bir reaksiya deyil, bədənimizin təbii imkanlarından istifadə edən təsirlər toplusudur. Plasebo effekti mədəniyyətdən mədəniyyətə və fərddən fərdə dəyişir.
"Plasebolar bu gün müxtəlif vəziyyətlərdə istifadə olunur. Birincisi, effektiv dərmanlar olmadıqda xəstənin ağrısını aradan qaldırmaq üçün plasebo istifadə olunur. İkincisi, mövcud bir dərmanın effektivliyinə əmin olmadıqda vəziyyətin mümkün yaxşılaşdırılması üçün təyin edilir. Plasebo effektinin qaranlıq tərəfi də var - “Nosebo effekti” (latınca zərər verəcəyəm). Dərman üçün təlimatları oxuduqdan sonra orada qeyd edilən yan təsirlərin özündə hiss edilməsi nosebo effektinin təsiridir. İnsanlar vudu cadugərlərinin, qarğışların, lənətlərin də insanı tutması prosesinin məhz nosebo effekti ilə əlaqədar olduğunu bildirirlər. Plasebo və nosebonun təsir mexanizmləri eynidir və hər iki təsir istənilən müalicə prosedurunu müşayiət edə bilər. Bu, psixikamızın baş verən hadisələri yaxşı və ya pis mənalandıraraq şərh etməsi mexanizmidir. Hər şey beynimizdə başlayır, beynimizdə bitir. İnanaraq yaşamaq da olar, ölmək də. Pozitiv düşünək, yaşamağı seçək", - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri