Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Evtanaziya yaşamaq yoxsa ölmək?

Evtanaziya yaşamaq yoxsa ölmək?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Evtanaziya" termininin yunancadan tərcüməsi yaxşı, rahat ölüm mənasını verir. Evtanaziya XVII əsrdə tibb elminə daxil olmuşdur.

İlk müəllifi ingilis filosofu Frensis Bekon olmuşdur. O, belə deyirdi:" Həkimin vəzifəsi təkcə sağlamlığı bərpa etmək deyil, həm də xəstəlikdən qaynaqlanan əzab və iztirabları yüngülləşdirməkdir. Hətta qurtulma ümidinin qalmadığı halda ölümün özünü daha asan və rahatlaşdırmağı bacarmalıdır"

Daha sonralar həkimlər arasında evtanaziya tərəfdarlarının sayı artmağa başlamış,tətbiq edənlərin  bir çoxları dövlət tərəfindən qanunsuz sayılaraq azadlıqdan illərlə məhrum edilmişlər.

Noderland könüllü ölümün leqallaşma pioneri olan ölkə kimi tarixə düşdü. 1984-cü ildə Ali məhkəmə evtanaziyanı qanuna salsalar da ən liberal qanunlar 2002-ci ildə İsveçrə dövləti tərəfindən qəbul edildi. İsveçrədə həkim ümidsiz vəziyyətdə olan xəstəyə ölümcül bir dərman təyin etmək hüququna malikdir. Yalnız xəstə könüllü bu qərarı verməli və özünə dərmanı yeritməlidir.

Seçim azadlığı və dünya ölkələrinin evtanaziya qanunları

Uzun illərdən bəri qüvvədə olan qanunvericilik yalnız xəstənin ölümü üçün deyil,həm də, məsələn, ona qulluq yükündən qurtulmaq, baxıcılıq və müalicə məsrəflərini ödəməmək və ya daha tez miras almaq üçün razı salınması halında bu qərarı verməyə vadar edən qohum və yaxınlar üçün də hazırlanmışdır. Yuxarıda sadalananların hər hansı biri sübuta yetirilərsə, cinayət işi açılır.
Getdikcə İsveçrə"Evtanaziya turizmi üçün MƏkkə" halına gəldi. 2011-ci ildə Sürixdə aparılan refenduma görə evtanaziya turistlərə də şamil olunmağa başladı.
Belçika Niderlanddan çox tez nümunə götürərək 2002-ci ildə qanunu qəbul etdi. Qanuna görə yalnız üzün müddət mütəxəssislərin nəzarətində qalan və ölkə vətəndaşı olan xəstələr həkimlər tərəfindən ölümcül iynəyə məruz qala bilərlər.Niderlandda 12 yaşdan yuxarı insanlar üçün qanun keçərlidir.
ABŞ-ın 8 əyalətində - Kaliforniya,Oreqon,Vaşinqton, Montano,Vermont, Havay,Kalorado və Kolumbiyada evtanaziyaya qanuni icazə vardır.

Evtanaziyanın növləri

Hazırda iki əsas növü mövcuddur: Passiv evtanaziya (həkimlərin saxlayıcı terapiyasının qəsdən dayandırılması) və aktiv evtanaziya ( dərmanların ölməkdə olan bir insana verilməsi və ya tez, ağrısız ölümə səbəb olan digər prosedurlar). Könüllü və qeyri-iradi evtanaziya arasında fərq ondan ibarətdir ki, birinci halda hər şey xəstənin istəyi və ya əvvəlcədən alınmış razılığı ilə aparıldığı halda, qeyri-ixtiyari evtanaziya hüşsüz vəziyyətdə, şüursuz olan xəstənin qohumları və ya ailəsi, yaxud qəyyumlarının qərarı əsasında həyata keçirilir.

Evtanaziya əleyhinə olan arqumentlər

Evtanaziya demək olar ki, bütün dinlər tərəfindən inkar edilir, çünki onlar prosesi adi intiharla eyniləşdirir.
Evtanaziyadan sui-istifadə halları da istisna edilmir. İnsanın qəfil ölümünə maraqlı olanlar az deyildir.
Həmçinin,düzgün olmayan müalicə və vaxtından əvvəl ölüm qərarı verə bilən həkim səhvləri də mümkündür.
Bunlardan başqa qanunlarda olan boşluqlar doldurulmalı, daha dəqiq və xəstəliklərə uyğun qərarlar işlənib  hazırlanmalıdır.
Bu səbəblərdən dolayı Niderland və Belçikada bir neçə evtanaziya hadisəsinin cinayət araşdırmları davam etməkdədir. Belə skandallar zaman-zaman evtanaziya tətbiq olunan digər ölkələrdə də təsadüflənir.

Evtanaziyanın mənfi və müsbət tərəfləri hansılardır?

Evtanaziya tərəfdarlarının nəticəsinə görə, prosedur insanı ağrı və əzabdan azad edir. İntiharla bağlı çoxsaylı qərarlar kritik vəziyyətdə olan xəstələrin ağlından keçir. Bəzən hətta güclü ağrıkəsicilər belə normal həyat sürməsinə yardım edə bilmir. Bunlardan əlavə, evtanaziyaya icazə verərkən həkimlər ölümcül xəstələrə öz mülahizələri ilə deyil, qanunlarda nəzərdə tutulan rəsmi protokolları tətbiq etməklə kömək edirlər.
Evtanaziya hər istəyə bağlı aparılmır, səhv bir fikir söyləmək riski minimuma endirilir, Çünki bu, bir adamın qərarından asılı deyildir.

Nəhayət, belə bir tədbir xəstənin ailəsini fiziki, emosional və maddi baxımdan yükdən qurtarır. Komada olan xəstənin müalicəsi olduqca bahalı olduğu hamıya məlumdur.
Evtanaziyanın dezavantajları da danılmazdır. Bir çox insan vəziyyətin mürəkkəbliyi və sağlamlıq durumunu şişirtməyə meyllidir.İnsan səhvən qarşısı alınamayacaq bir qərar verərsə, geri dönüşün olmayacağını unudur.Ən ağır hallarda belə vəziyyəti yüngülləşdirmək və yaxınlarla dəyərli vaxt keçirmək üçün hər zaman bir şans olduğunu insan nəzərə almalıdır.

Çox vacib bir məqam, xüsusən, bir qanunvericilik çərçivəsində belə evtanaziyanın aparılmasına nəzarət etmək olduqca çətindir.Korrupsiyaya qarşı mübarizə aparılsa da, kiminsə evtanaziya qanunundan istifadə edərək istənməyən insandan qurtulmağa çalışacağı istisna olunmur.Bundan əlavə, evtanaziyanın bütün dinlərdə əxlaq prinsiplərinə tamamilə zidd olduğu da nəzərə alınmalıdır.Evtanaziya nə qədər adekvat arqumentlərə sahib olsa da, bir çoxlarına görə cinayət olaraq qalmaqdadır.Həkimlər öldürülən bir insana həyat verə bilmirlərsə, bəs niyə onu almaq hüququna malik olmalıdır?

Nə etməli?

Evtanaziya qərarı verən şəxs yaxud ailəsi bilməlidir ki, düzgün qərar verirlər. Bəlkə daha da mübarizəni davam etdirməyə dəyərdi - deyib heyfslənməməlidirlər. Bəlkə dəyərli həyatı artıq dərəcədə qiymətləndirmə haqda ətraflı düşünməli, təbiətin verdiyi ağrı və iztirablara olduğu ki dözməli idim kimi suallar, beyinlərində sual kimi qalmamalıdır. / Milli.Az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see184

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see135

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see127

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri