Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Plastik əməliyyat daha bir can aldı ŞOK TƏFƏRRÜAT

Plastik əməliyyat daha bir can aldı ŞOK TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanlar həyatlarını risk altına atmağa davam edirlər; çəki atmağın təhlükəsiz yolu yoxdurmu? - Həkimlərdən çağırış
Fevralın 27-də paytaxtdakı özəl klinikalardan birində (Etalon Hospital) liposaksiya (mədə kiçiltmə) əməliyyatı etdirən 34 yaşlı qadın martın 15-də ölüb. Hadisə Sumqayıtda baş verib. 18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyeva Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində dünyasını dəyişib. Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən vəfat edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu, Azərbaycanda ilk belə fakt deyil. 2019-cu ildə Azərbaycan Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr Sədaqət Şahsuvarova və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşı, ginekoloq Sona Gürgün Vəliyeva liposaksiya əməliyyatlarından sonra dünyalarını dəyişmişdilər. Bu hadisə ajiotaja səbəb olmuşdu. 2024-cü ildə 29 yaşlı Aybəniz Almuradova “Reo-Med” klinikasında liposaksiya əməliyyatı zamanı komaya düşərək vəfat etmişdi. Onun ailəsi əməliyyatı həyata keçirən həkimin kifayət qədər təcrübəyə malik olmadığını iddia etmişdi. Mütəxəssislər vurğulayırlar ki, belə əməliyyatları yalnız müvafiq ixtisasa və təcrübəyə malik həkimlər həyata keçirməlidir. Eyni zamanda əməliyyatın keçiriləcəyi klinikanın lisenziyalı olması və müvafiq avadanlıqlarla təchiz edilməsi vacibdir. Pasiyentlər əməliyyatdan əvvəl həkimin təcrübəsini və klinikanın şəraitini diqqətlə araşdırmalıdırlar.
Bəzi ekspertlər deyir ki, liposaksiya əməliyyatı zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində sadalanan bu problemlər daha köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman  aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır. Lakin son model liposaksiya aparatları təhlükəsiz hesab edilir.  Çünki bu aparatlar sensorlarla təchiz olunub. Əməliyyat zamanı aparatın ucu yalnız piy toxumasına toxunduqda işləyir. Damar, əzələ, sümük və  digər toxumaya çatdıqda, aparat sönür, yəni fəaliyyətini dayandırır.  Bu isə əməliyyat zamanı yaranan bütün risqləri aradan qaldırır, həkimin səhv etməsinin də qarşısını alır.  Son model liposaksiya aparatı ilə edilən əməliyyat zamanı ölüm riski demək olar ki, sıfıra enir.
Həqiqətən də əməliyyatların uğursuz olmasının səbəbi aparatlarla bağlıdır, yoxsa bunlar bəhanədir? Nədən insanlar öz həyatlarını risk altına atmağa davam edirlər? Çəki atmağın təhlükəsiz yolu yoxdurmu?
 

Leyla Zülfüqarlı
Tanınmış həkim diyetoloq, diyetlə bağlı kitabların müəllifi, uzun ömürlük üzrə ekspert Leyla Zülfüqarlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu ilk deyil, dəfələrlə belə hadisələr olub. Hər dəfə də deyirik, arıqlamağın ən sağlam yolu tibbi səbəbi, insanı kökəldən səbəbi bilərək müalicə aparmaqdır. İnsanlar onları kökəldən səbəbi bilməyəndə belə neqativ hadisələr baş verir. Liposaksiya əməliyyatı zamanı hansı fəsadlar baş verir? Autoimmun tiroiditi olan insanlarda əməliyyatdan sonra problemin üzərinə daha çox problem  gəlir. Misal üçün, belə pasiyentlərlə çox rastlaşıram. Əməliyyat keçiriblər və çox böyük ödəm alaraq geri dönüblər. Təbii ki, bu əməliyyatdan sonra ödəmin olması qaçılmazdır. Bəzi insanlar bu dönəmi ağır keçirir. Çox sayda pasiyentim olub ki, 6-10 kiloqrama kimi arıqlamaq üçün liposaksiya etdirir. Nəticədə isə daha böyük ödəm olur, daha çox kilo qazanır. Bundan sonra psixoloji durumunda da, fizioloji durumunda da problemlər yaranır. Bu xəstələri əməliyyat sonrası müayinə etdikdə özlərinə də bildirirəm ki, onlara əslində əməliyyat əks göstəriş olub. Cərrahların əməliyyat edərkən klassik bir "Chek-up" paketi var ki, təəssüf, orada sadəcə 2-3 kimyəvi analiz yoxlanılır. Heç bir hormonal statusdan xəbəri olmadan pasiyentləri əməliyyata götürürlər. Acı nəticələr də bu zaman yaranır".
Həkim qeyd edib ki, insanlar sağlam arıqlama dedikdə, onu kökəldən faktoru bilməlidirlər: “Əgər hansısa mütəxəssis qısa müddətdə ona "iştahanı kəsəcəyəm, arıqlayacaqsan" və sairə bu kimi vədlər verirsə, inanmamalıdır. İnsanlar yeyərək və biokimyəvi proseslərini düzəldərək arıqlamalıdırlar.  Əgər orada yağ toxuması əmələ gəlməyə başlayırsa, maddələr mübadiləsi pozulur. Bunu düzəltmədən hansısa zahiri görünüşdə dəyişiklik etmək, bədən şəkilləndirmək, dəri ətrafında gözə görünən yağları lokal olaraq yığmaq effekt verməyəcək. Burada daxildən aparılan müalicədən söhbət gedə bilməz. Bir məsələni də qeyd etməliyəm. O qədər qeyri-peşəkarlar yanlış diyetalar yazdılar ki, insanlar düşünürlər ki, çörək yeməsələr, şəkər yeməsələr arıqlayacaqlar. Halbuki məsələ tamamilə başqadır və çox ciddidir. Məsələn, mən bir insana diyeta yazanda 1-2 saat vaxtım gedir. Su elektrolid mübadiləsi, hətta ağır proses olan zülal mübadiləsini belə hesablayırıq. Burada riyazi hesablamaları aparırıq". 

Mirsaleh Abdullayev 
Plastik və estetik cərrahiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev mediaya açıqlamasında deyib ki, liposaksiya əməliyyatı ilə bağlı yanlış təsəvvürlər var:
 “Liposaksiya əməliyyatı çəki salmaq və ya arıqlatmaq əməliyyatı deyil. Bu əməliyyat yalnız müxtəlif nahiyələrdə dərialtı piy hesabına pozulmuş formanı düzəltmək üçündür. Liposaksiya əməliyyatından normal bədən quruluşuna və çəkiyə malik olan müxtəlif nahiyələrdə dərialtı yağ təbəqəsinin yaratdığı nahamarlığın düzəldilməsi üçün istifadə olunur. Bir çox yanaşı xəstəlikləri olan şəxslər sözügedən plastik əməliyyatı etdirə bilməzlər. Bunlara əsas olaraq hormonal və orqan çatışmazlıqları müşahidə olunan xəstələr aiddir. Ümumiyyətlə isə bütün əməliyyatlarda olduğu kimi liposaksiyadan öncə də ”Check-up" paketi olunmalı və narkoz həkimi xəstəni dəyərləndirməlidir. Müayinələrə əsasən, qanın ümumi təhlili, qanda şəkər, laxtalanma, infeksiyaların yoxlanılması, ağciyərlərin rentqen müayinəsi, ürəyin elektrokardioqrafiyası (EKQ) aiddir. Sözügedən yoxlanmalardan sonra lazım olarsa, bəzi müayinələr də edilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see279

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see272

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see253

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see252

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see248

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see246

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see242

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see242

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see235

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see232

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see231

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see230

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see209

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see209

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see207

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see193

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see189

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see185

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see181

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri