Icma.az
close
up
RU
Plastik tullantıların effektiv idarə edilməsi mövzusunda tədbir keçirildi Foto

Plastik tullantıların effektiv idarə edilməsi mövzusunda tədbir keçirildi Foto

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib.

Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır.

Görüşdə plastik tullantıların iqlim dəyişikliyinə və ətraf mühitə mənfi təsirləri vurğulanıb və Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib.

Məruzəçilər öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlər haqqında məlumat veriblər.

Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları (PPP) barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, İstehsalçının Genişləndirilmiş Məsuliyyəti (EPR) yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 21 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri