Icma.az
close
up
RU
Pnevmoniya necə yaranır və ondan necə qorunmaq olar? İnfeksionistdən AÇIQLAMA

Pnevmoniya necə yaranır və ondan necə qorunmaq olar? İnfeksionistdən AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Pnevmoniya mövsümi kəskin respirator virusların, qrip və digər infeksiyaların müalicəsiz qalması və bədənin zəifləmiş immuniteti nəticəsində yaranan ciddi bir xəstəlikdir. Bu xəstəlik, müxtəlif virusların, bakteriyaların və ya göbələklərin yol açdığı, ağciyər toxumasında iltihabi reaksiyalarla xarakterizə olunur".

Bunu Redaktor.az-a həkim-infeksionist Aytən Ziyadova pnevmoniya xəstəliyinin necə yarandığından danışarkən qeyd etdi.

Onun sözlərinə görə, pnevmoniya xüsusən yaşlılar, uşaqlar və immunitet sistemi zəif olan şəxslər üçün böyük bir təhlükə təşkil edir:

"Kəskin respirator virusların (KRV) yayılması, xüsusən qış mövsümündə artan infeksiya yükü ilə bağlıdır. Bu viruslar ən çox soyuq havada, insanların açıq havada az vaxt keçirməsi və qapalı məkanlarda sıx yerləşməsi ilə daha sürətlə yayılır. Qrip, koronavirus, adenovirus və respirator sinçial virusu kimi mikroorqanizmlər, ağciyərlərdə iltihabi reaksiyaları hərəkətə gətirərək pnevmoniyaya səbəb ola bilirlər".

İnfeksionist vurğuladı ki, immunitet sisteminin zəifliyi infeksiyaların bədənin müdafiə mexanizmini aşaraq pnevmoniyaya çevrilməsinə səbəb olan mühüm amillərdən biridir:

"İmmunitet zəifliyi, xüsusilə qidalanma pozuntuları, yuxusuzluq, uzunmüddətli stres və bəzi xəstəliklər, məsələn, şəkərli diabet, xroniki ürək xəstəlikləri və ya autoimmun xəstəliklər bu təhlükəni artırır. İmmunitet sisteminin zəif olduğu hallarda, infeksiyalar daha sürətli və daha ciddi fəsadlarla inkişaf edə bilər. Pnevmoniyanın qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. İlk növbədə immuniteti gücləndirmək çox önəmlidir. İmmunitetin möhkəmləndirilməsi üçün sağlam qidalanma, vitamin və minerallarla zəngin qidaların qəbul edilməsi vacibdir. C vitamini, D vitamini, sink kimi mikroelementlər immunitetin gücləndirilməsi üçün xüsusilə əhəmiyyətlidir. Bununla yanaşı, fiziki fəaliyyətin artırılması və düzgün yuxu bərpası da immun sistemini gücləndirən faktorlar arasında yer alır".

Aytən Ziyadovanın sözlərinə görə, peyvəndləmə digər vacib qorunma metodlarından biridir:

"Qrip və pnevmoniya kimi xəstəliklərə qarşı olan peyvəndlər, infeksiyanın qarşısını almaqda əhəmiyyətli rol oynayır. Xüsusilə qış aylarında, immuniteti zəif olan şəxslər, yaşlılar və uşaqlar bu peyvəndlərdən faydalana bilərlər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri