Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ombusdmanın Mətbuat Xidməti məlumat yayıb.
Müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin olunmasını xahiş edib.
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. Bundan sonra hadisə yerinə toplaşanlar miqrantlara qarşı şüarlar səsləndiriblər. Daha sonra digər qanun pozuntularına görə 40-dan çox Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 29 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















