Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Poeziya və şeir Oktavio Paz

Poeziya və şeir Oktavio Paz

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli Meksika şairi və esseisti Oktavio Pazın doğum günüdür.

Kulis.az onun "Poeziya və şeir" kitabından bir hissəni təqdim edir.

Poeziya – bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır. Poetik akt dünyanı dəyişdirməyə qadirdir, çünki təbiəti etibarilə inqilabidir: o, ruhani məşqdir, daxili azadlığa aparan yoldur. Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. O – seçilmişlərin çörəyidir, çətin udulan loxmadır. Poeziya həm ayırır, həm də birləşdirir. O – həm səyahətə dəvətdir, həm də vətənə qayıdışdır. O – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir. O – səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. O, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir. O – ovsundur, cadudur, magiyadır. O – sublimasiyadır, kompensasiyadır, təhtəlşüurun konsentrasiyasıdır. O – irqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Poeziya tarixi inkar edir, bütün konfliktlər onda həll olunur və axırda insan başa düşür ki, o tarixin əlində oyun-oyuncaq olan elə-belə bir fani deyil. O – təcrübədir, hissdir, həyəcandır, fəhmdir, istiqamətləndirilməmiş düşüncədir. O – həm təsadüfün uşağıdır, həm də hesablamağın meyvəsidir. Poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır. O – təlimdir, mənəviyyatdır, tədrisdir, vəhydir, rəqsdir, dialoqdur, monoloqdur. O – xalqın səsi, seçilmişlərin dili, münzəvilərin sözüdür. Saf və murdardır, müqəddəs və lənətlənmişdir, xəlqi və elitardır, çılpaq və geyimlidir, şifahidir, yazılıdır, rəsm olunandır, o bütün sifətləri özündə birləşdirir, amma bəziləri deyirlər ki, onun öz çöhrəsi yoxdur, çünki poeziya boşluğu gizlədən maskadır – insanın gördüyü bütün işlərin şişirdilmiş böyüklüyünə parlaq bir sübut!

Bu formulların hər birinin arxasında onlara həyat verən, onları mənalandıran şairi necə görməzdən gələ bilərik? Bu formulların hamısı yaşantıların və iztirabların meyvəsidir: onlarla razılaşmaqdan başqa çarəmiz yoxdur; əvvəlcə biriylə, sonra bir başqasıyla, sonra növbətisiylə. Bu formulların təkzibedilməzliyi onu göstərir ki, onların hər biri təklif edilən formullarla düz gəlməyən fundamental təcrübəyə söykənirlər. Deməli poetik əsərə müraciət etmək lazımdır, çünki o birbaşa şahidlik və poetik həyəcanın bəhrəsidir. Poeziyanın bütövlüyünü ancaq poetik əsərin özüylə birbaşa ünsiyyətdə dərk etmək olar.

Fəqət görəsən poeziyanın mahiyyətiylə bağlı sualların cavabını elə poetik mətnin özündə axtarmaqla poeziya ilə şeiri bir-birinə qarışdırmırıq ki? Axı Aristotel deyirdi: “Homerlə Empedokl arasında yeganə ortaq cəhət ölçüdür, ona görə birini şair, o birini təbiət filosofu adlandırmaq ədalətlidir.” Düz deyir: hər şeir, ümumiyyətlə metrik qanunlarla yazılmış hər əsər poeziya nümunəsi deyil. Bəs metrik qanunlarla yazılanlar necə, onlar poeziya nümunəsidir, yoxsa peşakar, didaktik, yaxud ritorik məhsullardır? Məsələn, sonet eləcə ədəbi formadır, o yalnız beyt, qafiyə, ölçü kimi ritorik alətlərlə təmasa keçərək poetik əsər ola bilər. Qafiyə tutan bilən maşınlar var, amma poeziya yarada bilən maşın yoxdur. Poetik əsərdən kənarda da poeziya ola bilər. Peyzajlar, insanlar və əməllər də poetik ola bilər. Poeziya gözlənilməz bir ehtimal kimi bizim iradəmizdən kənar bəzi qüvvələrin və vəziyyətlərin bizə təsadüfi təxmini kimi bəxş olunduqda, bax, onda, poetik başlanğıcla qarşılaşırıq. İstər könüllü olsun, istər könülsüz, istər xəyalda olsun, istər reallıqda, şair poetik cərəyanı özündən keçirərək dəyişdirəndə tamam yeni bir şeylə qarşılaşırıq: Əsərlə. Poetik əsər – məhsuldur. Poeziya toplanır, cəmlənir və insan fəaliyyətinin bir məhsuluna çevrilir: bir tabloya, bir mahnıya, bir tragediyaya. Poetiklik poeziyanın maye halı, əsərin özü isə qatı formasıdır. Yalnız poetik əsərdə poeziya bütövlükdə ortaya çıxır. Poetik əsər poeziyanın mahiyyətiylə bağlı suallar verməyə dəyən əsərdir, amma əsər deyəndə içinə istənilən məzmunun doldurulduğu forma başa düşülməməlidir. Poetik əsər ədəbi forma deyil – o, insanla poeziyanın görüş yeridir. O, poeziyanı özündə ehtiva edən, onu hərəkətə gətirən və gün işığını çıxaran canlı alətdir. Onun dünyasında forma və məzmun eyni şeydir.

Əgər diqqətimizi poetiklikdən ayırıb əsərin özünə çevirsək, onda bircə olduğunu zənn etdiyimiz formaların çoxluğu qarşısında heyrətlənəcəyik. Əgər hər bir poetik əsər özünü hər dəfə dəyişkən formalarda göstərirsə, bəs onda poeziyanı necə dərk etmək olar? Ədəbiyyatşünaslıq poeziyanın bu başgicəlləndirici forma müxtəlifliyindən janr təsnifatı vasitəsilə baş çıxarmaq istəyir, fəqət poeziyanın təbiəti bu cəhdi iki cəhətdən nəticəsiz edir: əgər poeziyanı epik, lirik, dramatik kimi bir neçə başlığa sıxışdırırıqsa, bəs onda romanları, mənsur şeirləri və “Avreliya”, “Maldoror nəğmələri”, ya da “Nadya” kimi qəribə əsərləri hara aid edək? Əgər bütün istisnaları və aralıq formaları qəbul etsək, məsələn, dekadans poeziyası, ibtidai poeziya, öncəgörlük poeziyası, onda təsnifatımız axırı olmayan kataloqa çevriləcək. Məsələ burasındadır ki, hayqırtıdan tutmuş məntiqi tərtib edilmiş ifadəyə qədər sözlə bağlı bütün aktlar – indi yalnız dildən bəhs edirik – dəyişmək və poetik əsər olmaq qabiliyyətinə malikdirlər. Bu, janr təsnifatının yeganə və ən vacib problemi deyil. Ümumiyyətlə təsnif etmək anlamaq deyil, mahiyyətə varmaq heç deyil. Bütün alətlər kimi təsnifat da faydalıdır, amma bu alət xarici tərtibatdan daha dərin, daha incə məsələlərə keçəndə funksiyasını itirir. Ədəbi tənqid adına yazılanların əksəriyyəti bu ənənəvi sxemlərin mənasız və cəfəng istifadəsidir.

Oxşar tənqidi fikirləri tənqidçilərin söykəndiyi başqa disiplinlərə də aid etmək olar, məsələn, stilistik və psixoanalitik metodlara. Stilistik metod şairin sözlə necə davranmasından, psixoanaliz isə simvolikasından çıxış edərək bizə şeirin nə olduğunu deməyə çalışır. Stilistik metod Mallarmeyə və şeir almanaxlarına tətbiq oluna bilər. Psixoanalitikin şərhləri də, bioqrafiyalar və digər araşdırmalar da poetik əsərlə bağlı verilmiş “niyə, necə və nə üçün?” yazılıb tipində suallara cavab axtarır və bəzən uğurlu da olurlar. Hər hansı bir əsəri analiz etmək üçün ritorik, stilistik, sosioloji, psixoloji və digər ədəbi metodlar çox lazımlıdır, amma onların heç biri bizə poeziyanın həqiqi mahiyyətiylə bağlı heç nə demir.

Fakt budur ki, poeziyanın minlərlə fərqli formanın içinə dağılması bizdə vahid bir ideal poetik əsər tipi yaratmaq cəhdi doğura bilər, amma bu cəhdin nəticəsi qarşımıza ya bir div, ya da bir kabus çıxaracaq. Poeziya bütün poetik əsərlərin məcmusu deyil. Hər poetik əsər özünəyetən bütövlükdür. Orada hissə bütövə bərabərdir. Hər poetik əsər bənzərsizdir, təkrarolunmazdır və heç nəyə müncər edilə bilməz. Buna görə də Orteqa-İ-Qassetin sözlərinə qatılmamaq olmur: Kyevedonun sonetlərini, Lafontenin təmsillərini və “Ruhani nəğmələr” kimi bir-birindən tamamilə fərqli şeyləri eyni sözlə ifadə etməyin mənası yoxdur.

İlk baxışdan elə görünür ki, bu müxtəlifliklər – tarixin övladlarıdır. Hər millət və hər dil öz poeziyasını məhz konkret tarixi anda və özünəməxsus şəkildə yaradır. Ancaq tarixə istinad etmək problemi həll etmək yerinə, onu çoxaldır. Axı hər dövrdə və hər cəmiyyətdə oxşar uyğunsuzluqlar hökm sürür: Nerval və Hüqo bir-birlərinin çağdaşıydı, eynilə Velaskesin Rubenslə, yaxud Valerinin Apollinerlə çağdaş olması kimi. Biz yalnız dil səliqəsizliyi ucbatından Hind vedaları ilə Yapon haykularına eyni adı veririk, fəqət San Xuan de la Kruzun şeirlərini və onun dünyəvi prototipi olan Qarsilasonun şeirlərini də eyni cür adlandırmaq da cəfəngiyyat deyilmi?

Tərcümə: Qismət

Nazir onun anasından xahiş etmişdi ki... - Vaqif Mustafazadənin ürəyini necə partlatdılar? "Xomeyninin otağı kasıb təsiri bağışlasa da..." - İlkin Rüstəmzadənin oxuculara hörmətsizliyi 500-dən çox mükafatı olan rejissor vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri