Icma.az
close
up
RU
Dünyanı dolaşan poeziya

Dünyanı dolaşan poeziya

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəbi Xəzri – 100

XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı səmasında bir ulduz kimi parlamış Xalq şairi Nəbi Xəzrinin əsərləri oxucular tərəfindən həmişə sevilib. Onun əsərlərində Vətən sevgisi, Azərbaycan təbiətinə bağlılıq, incə lirik duyğuların tərənnümü çox güclüdür.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə cari ildə100 illiyi qeyd edilən şair dramaturgiya və nəsr sahəsində də uğurlar qazanıb. O, respublikanın ictimai-siyası və mədəni həyatında fəal iştirak edib, özündən sonra gələn nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük işlər görüb. Nəbi Xəzri uzun müddət Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. O, Dövlət Radio və Televiziya Komitəsinin sədrinin müavini və Azərbaycan Yazıçılar Birliyinin katibi olub. Nəticədə onun bir sıra dünya xalqlarının həyatı və tarixi ilə bağlı güclü şeirləri yaranıb.

Təsadüfi deyil ki, bir çox xarici ölkələrdə şairin əsərləri tərcümə və nəşr edilib. Bu yazıda onlardan biri – Bağdadda çapdan çıxmış “Nəbi Xəzri. Seçilmiş şeirlər” kitabından bəhs etmək istəyirik. 143 səhifədən, 66 şeirdən ibarət olan bu kitab ərəb əlifbası ilə İraq Türkman Müdirliyi və “Afaq arabiyyə” (“Ərəb üfüqləri”) nəşriyyatı tərəfindən buraxılıb. Kitabı nəşrə hazırlayan Azərbaycanın böyük dostu, Azərbaycanla etnik tarixi və ədəbi-mədəni bağlılığı olan İraq türkmanlarının tanınmış şairi və ictimai xadimi, mərhum Əbdüllətif Bəndəroğludur. O, kitaba yazdığı “Ön söz”də Azərbaycan–İraq ədəbi əlaqələrinə toxunaraq, 1973-cü ildə Bakıya səfəri zamanı Nəbi Xəzri ilə şəxsən tanış olmağından, gözəl şeirlərini öz dilindən eşitməsindən və onunla dostlaşmağından söz açır. O göstərir ki, Nəbi Xəzrinin şeirləri xalqının dilində əzbər qalan şeirlərdir və buna aşağıdakı şeirini misal göstərir:

Əzizim, Günəşdə ləkə varsa da,
Sevgi Günəşinə ləkə düşməsin.

Bəndəroğlu Nəbi Xəzrinin sevgi dolu şeirlərini yüksək qiymətləndirir:

Çəmən olsan əgər sən,
Sərin yağış çilərəm.
Əgər dənizə dönsən,
Sahilə çevrilərəm.

“Xalqsız biz dünyada şair olmazdıq” və “Xalqıma o qədər borcum var mənim, Qorxuram borcumu verə bilməyim” – deyən Azərbaycan şairinin sözlərini Bəndəroğlu yüksək qiymətləndirir.

“Ön söz” müəllifi Nəbi Xəzrinin aşağıdakı misralarına əsaslanaraq onu insanlıq şairi adlandırır:

Əgər göydə torpaq olsaydı,
Ulduzlar yerində güllər bitərdi.

Bağdadda Nəbi Xəzrinin ilk kitabının nəşr olduğunu nəzərə alan tərtibçi şairin həyat yolu ilə oxucuları tanış edir. Azərbaycanla İraq türkmanları arasında etnik və ədəbi-mədəni bağlılığı göstərmək üçün kitabda epiqraf rolunu oynayan “Bayatı və xoyratımız” şeirini təqdim edib. Qeyd edir ki, aşağıdakı misralar şair Nəbinin təxəllüsü olan Xəzər (Xəzri) ilə bağlı yaranıb:

Varlığımız dalğalandı, qanadlandı
Öz dilini sevənlərin “Xəzər”ində.

Burada toplanmış şeirlər Nəbi Xəzrinin poetik yaradıcılığını xarakterizə edən nümunələrdir. Onlarda şairin lirik duyğuları, Vətən sevgisi, doğma torpağa bağlılığı, Azərbaycan elinin gözəl təbiət təsvirləri, habelə bəzi fəlsəfi-ictimai düşüncələrinin və sənətinin şairanə təsviri verilib. Seçimində bu ideyanı davam etdirən Bəndəroğlu Nəbi Xəzrinin çoxsaylı şeirləri arasında “Kim məni xatırlasa” şeirini də kitaba daxil etməyi lazım bilib:

Kim məni xatırlasa
Çıxaraq sahillərə
Mavi Xəzərə baxsın.
Çevrilərək min kərə
Göy ləpələrə baxsın,
Bilsin Xəzər mənimdir.

Nəbi Xəzri əsərlərində insanın xoşbəxtliyini tərənnüm edib, onun bağlı olduğu cəhətləri vurğulayıb ki, onlardan biri də ana Vətənin gözəl təbiətidir. Bu məqam “İnsan sevəndə” şeirində belə verilib: “İnsan xoşbəxt olanda gözəl təbiət ona daha gözəl görünür”.

Azərbaycan şairi Vətən torpağını vəsf edərək, onun yetirdiyi böyük sənətkarların adını “Torpaq ətri” şeirində qürurla vurğulayır:

Şeir torpağıdır
Sənət torpağı
Sabirin torpağı
Səməd torpağı.

Şair göylərdə çaxan ildırımı da alovlu şeirə bənzədir:

Göylər şeir yazır alovlu xətlə,
Dağların başında ildırım çaxır.

Nəbi Xəzrinin lirik şeirlərinə kitabda daha çox yer verilib. Bu şeirlərdə şairin sevgilisi bütün insanlığın həmişə can atdığı və yüksək duyğulara cavab verən ali keyfiyyətlərə malikdir. “Ucalıq eşqi” şeiri bu baxımdan diqqətə layiqdir.

Sən – Günəş,
Mən səndən nur alan Ayam.
Zirvəsən, zirvəyə çıxan çığıram,
Ucalmaq eşqilə dağa çıxıram.

Xalq şairi Nəbi Xəzrinin öz xalqına bağlılığını ayrıca göstərən Bəndəroğlu haqlı olaraq yazır ki, “xalqın gücünə inanan, xalqın gücündən güc alan, xalqın ürək çarpışması ilə yaşayan şair odlu və anlamlı sözləri ilə xalqına nə qədər bağlı olduğunu göstərir”.

Ə.Bəndəroğlunun tərtib etdiyi “Nəbi Xəzri. Seçilmiş şeirlər” kitabı İraqda türkman oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Naimə HƏMİDOVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri