Icma.az
close
up
RU
“Pokrovsk ətrafında döyüşlər: Ukraynanın ən çətin cəbhəsi“ İSW və dünya mətbuatı

“Pokrovsk ətrafında döyüşlər: Ukraynanın ən çətin cəbhəsi“ İSW və dünya mətbuatı

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İki il davam edən Pokrovsk döyüşü Baxmutun daha sistemli və texnoloji təkrarıdır. Şəhərin taleyini ağır dron savaşı və logistikanın kəsilməsi həll edir..."

Şəhər niyə bu qədər vacibdir?

Ukrayna və dünya mətbuatının yazdığına görə, Pokrovsk Donetsk vilayətində mühüm logistika mərkəzidir - dəmir yolu və əsas avtomobil yolları buradan keçir. Bu yolları itirmək Rusiya üçün Dnepropetrovsk vilayətinə irəliləmək imkanı açır, Ukrayna üçün isə cənub və şərq müdafiə xəttinin qırılması deməkdir.

Britaniyanın BBC və Fransanın "Le Monde" nəşrləri yazır ki, şəhərin əhəmiyyəti yalnız simvolik deyil: Pokrovsk - Konstantinovka - Kramatorsk - Slavyansk xətti üçün əsas qapıdır, Rusiya üçün Donbasın tam işğalı məqsədində strateji mərhələdir. Ukraynalı hərbçilər bildirir ki, şəhər əvvəlcə uzunmüddətli müdafiə üçün "fortpost" kimi nəzərdə tutulub. Amma Rusiya təchizatı kəsərək bu planı pozub.

Rusiya hansı taktikadan istifadə edir: dron üstünlüyü və infiltrasiya

Ametikanın Müharibənin Öyrənilməsi İnstitutunum (ISW-nin) məlumatına görə, Rusiya Pokrovsk uğrunda 21 ay ərzində 39 km irəliləyib. Uğurun açarı üç taktikadır:

- Dron üstünlüyü və radioelektron basqı

Rusiya hər gün 100-ə yaxın dron atəş qrupu göndərir, Ukrayna operatorları isə dron qaldıra bilmir. "Rubikon" adlı xüsusi dron operatorları bu istiqamətə cəmləşdirilib.

- Şəhərə sızma (infiltrasiya)

Kiçik qruplar sivil kimi davranaraq aylarla gizlənir. Ukraynalı kəşfiyyatçı deyir: "Ən böyük problem kimin döyüşçü, kimin mülki şəxs olmasını müəyyən etməyin mümkün olmamasıdır.

- Logistikaya zərbə

Məqsəd - sursat, texnika və yaralıların çıxarılmasını mümkünsüz etməkdir. "Bild" nəşrini yazdığına görə, Pokrovskda artilleriya və dron hücumları nəticəsində yollar nəzarətə alınıb, təchizat dayanıb, yaralıların evakuasiyası çətinləşib. Bir ukraynalı zabit deyib: "Biz şəhərin 80 faizini itirmişik. Qalan 20 faizində də vəziyyət geriyə gedir".

İtkilər təkcə taktiki deyil - siyasi nəticə də var

"Le Monde" yazır ki, Pokrovsk artıq qismən mühasirədədir və şəhərin tam süqutu günlərin işidir. Ukraynalı zabitlər ehtiyat edir ki,  təxliyə əmri gec verilərsə, yüksək hazırlıqlı bölmələr mühasirədə qalıb məhv ola bilər. BBC nəşri yazır ki, Pokrovskun itkisi qışdan əvvəl Ukraynanın ruh düşkünlüyü yaratmaq potensialına malikdir, Rusya isə bunu Donbas uğuru kimi təqdim edəcək.

Amma ISW bildirir ki, hətta Pokrovsk işğal olunsa belə, Rusiya bundan sonra açıq sahə və yeni müdafiə xətləri ilə üzləşəcək və sürətli irəliləyiş gözlənilmir. Beləliklə, Pokrovsk döyüşü Baxmutun daha sistemli və texnoloji təkrarıdır. Şəhərin taleyini ağır dron müharibəsi və logistikanın kəsilməsi həll edir. Ukrayna üçün əsas məsələ artıq şəhəri saxlamaq deyil, canlı qüvvəni mühasirədən çıxarmaqdır.

Moderator.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri