Icma.az
close
up
RU
Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək MÜSAHİBƏ

Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Bu ilin əvvəlində Cənubi Qafqazın beynəlxalq gündəliyində mühüm diplomatik sıçrayış qeydə alınıb. Regionda sürətli dəyişikliklər və alyansların yenidən formalaşması fonunda ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens rəsmi səfərlə Azərbaycana gəlib. O, son illərdə Vaşinqtonun Bakıya səfər edən ilk yüksəkvəzifəli nümayəndəsidir. Səfər postsovet məkanına dair ABŞ strategiyasında baş verən dəyişikliklərin mühüm göstəricisi olmaqla yanaşı, Vaşinqtonun Azərbaycanı regionun təhlükəsizliyi və iqtisadi əlaqəliliyində əsas aktor kimi daha ciddi dəyərləndirməyə başladığını nümayiş etdirir.

Son aylar Vaşinqton bir sıra təşəbbüslərin həyata keçirilməsi istiqamətində səylərini artırıb. Bu təşəbbüslər Bakı ilə İrəvan arasında sülh sazişinin təşviqindən tutmuş, Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirəcək TRIPP beynəlxalq ticarət-nəqliyyat dəhlizinin yaradılmasına qədər geniş spektri əhatə edir. Mövcud şəraitdə Vitse-prezidentin səfəri təkcə diplomatik jest deyil, həm də ABŞ-ın sabitlik, regional inteqrasiya və geosiyasi balans sahələrində Azərbaycanı strateji əhəmiyyətə malik tərəfdaş kimi tanımasına bir siqnaldır.

Bununla yanaşı, Vensin Bakıya səfəri sülh prosesində əldə olunan irəliləyişlər və Azərbaycanın mövqelərinin möhkəmlənməsi fonunda baş tutur ki, bu da təhlükəsizlik, energetika və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Bu fakt Vaşinqtonun Azərbaycana periferik tərəfdaş kimi deyil, Cənubi Qafqazda sabitliyin mərkəzi elementi kimi yanaşdığını təsdiqləyir. Məhz bu mərkəz ətrafında regionda yeni nizam və inteqrasiya formatları formalaşır.

AZƏRTAC ABŞ politoloqu, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Dövlət Departamentinin keçmiş analitiki Pol Qobl ilə eksklüziv müsahibəni təqdim edir.

— Cənab Qobl, ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərini Azərbaycanın Cənubi Qafqazda əsas oyunçu kimi artan rolu kontekstində necə qiymətləndirirsiniz? Vaşinqton Azərbaycanın regional sabitlik baxımından strateji əhəmiyyətini qəbul edirmi?

— ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Vaşinqtonun Azərbaycanın region üçün nə dərəcədə mühüm olduğunu yeni prizmadan və daha geniş mənada dərk etdiyini təsdiqləyir. ABŞ-ın hazırkı administrasiyası üçün bu amilə fokuslanmaq daha asandır, çünki Azərbaycanla Ermənistan arasında münaqişə ABŞ-ın bu prosesdə fəal və əhəmiyyətli iştirakı ilə başa çatıb.

— Azərbaycan regional əlaqəlilik ideyasını, yəni nəqliyyat, enerji və logistika dəhlizlərinin inkişafını fəal təşviq edir. Bu təşəbbüslər Avropa ilə Asiya arasında dayanıqlı ticarət marşrutlarının formalaşdırılmasında ABŞ-ın maraqları ilə nə dərəcədə üst-üstə düşür? Vaşinqton Azərbaycanla münasibətlərdə müsbət dinamikanın möhkəmlənməsi üçün hansı addımları ata bilər?

— Azərbaycanın tranzit qovşağı kimi rolu ABŞ-ın maraqları və diqqəti baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Bakının özünü regional güc mərkəzi kimi yenidən dərk etməsi də az əhəmiyyətli deyil. Bu, Azərbaycanın sovet hakimiyyətinin qurulmasınadək oynadığı tarixi rola uyğun bir mövqedir. Bu gün Bakı müsəlman dünyasında ideyalar irəli sürməyə hazırdır ki, bu da ABŞ üçün ciddi maraq doğuran amildir.

— Sizin fikrinizcə, yaxın illərdə Cənubi Qafqazda yeni və daha sabit nizamın formalaşmasında Azərbaycan hansı rolu oynaya bilər?

— Əgər Bakı son bir neçə il ərzində yerinə yetirdiyi rolu davam etdirərsə, Azərbaycanın regionda dominant oyunçuya çevrilməsi üçün bütün əsaslar var. Bu rolun miqyası hazırda azərbaycanlıların özlərinin dərk etdiyindən də xeyli böyük olacaq.

— Sizcə, TRIPP təşəbbüsünün dayanıqlı olması və reallaşması üçün hansı addımlar atılmalıdır? Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi və ictimai səviyyələrdə etimadın möhkəmlənməsi üçün nə baş verməlidir?

— ABŞ-ın iştirakı ilə bu region iki xalq arasında divara deyil, körpüyə çevrilə bilər. Hesab edirəm ki, ABŞ-ın TRIPP təşəbbüsündə iştirakı hər iki ölkə üçün real imkanlar yaradır. Ən vacibi isə odur ki, həm Bakı, həm də İrəvan bu layihəni arzuolunan hesab edir.

— Ötən ilin avqustunda Vaşinqtonda liderlərin görüşündən sonra Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan ilkin irəliləyişi necə qiymətləndirirsiniz?

— Şərq–Qərb və Şimal–Cənub marşrutlarının nisbətən kiçik bir ərazi üzərindən birləşdirilməsi başlanğıcdan asan proses ola bilməzdi. Buna baxmayaraq, hesab edirəm ki, Bakı və İrəvan ABŞ-ın fəal iştirakı ilə son aylarda gözləniləndən daha çox irəliləyişə nail olub və yaxın aylarda bu prosesi daha da irəli aparmaq imkanına malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri