Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Polad Bülbüloğlu: Bütün arzularım həyata keçib FOTOLAR

Polad Bülbüloğlu: Bütün arzularım həyata keçib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Təbii ki, çox həyəcanlıyam. Neçə ildən sonra Rusiyanın əsas konsert zalında, Kreml sarayında solo konsert vermək məncə çox vacibdir, önəmlidir”. 

Bbunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu bildirib.

“Bilirsiz ki, müxtəlif hadisələr baş verib. Amma hesab edirəm ki, bu, mədəniyyətə aid deyil. Hər halda mədəniyyət hər zaman öz sözünü deyib. İki ölkə arasında mədəni əlaqələr olub, bu gün də var və bundan sonra da olacaq və olmalıdır. Siyasətdə hər şey ola bilər. Amma mən hesab edirəm ki, sənət adamları bir-biri ilə bu əlaqələri daha da inkişaf etdirməlidirlər. Bilirsiz ki, bu zalda 6 min nəfərlik yer var. Əvvəl biraz tərəddüd edirdim ki, görəsən adamlar gələcək, ya yox, biletlər satılacaqmı? Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Rusiyanın ayrı-ayrı şəhərlərindən bugünki konsertə gəliblər. Çox şadam ki, Azərbaycan musiqisinə, mədəniyyətinə belə bir maraq var. Təbii, həyəcanlıyam”, deyə 80 yaşlı Polad Bülbüloğlu vurğulayıb.

Özünə ancaq cansağlığı arzulayan maestro həyat ən böyük üç arzusunun artıq həayata keçdiyini söyləyib: “Allahdan can sağlığından başqa heçbir şey istəmirəm. Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli prezidentimiz, Ali Baş komandan İlham Əliyev həyata keçirdi. Birinci arzum Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum “Xarı bülbül” festivalının yenidən canlanması...üçüncü, ən əsası isə güllələnmiş abidələrin Şuşaya, aid olduğu yerə qoyulması idi. Mənim ömrümdə üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də, özümü xoşbaxt adam sayıram ki, bu günləri görmüşəm”.

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Polad Bülbüloğlu bütün postsovet məkanı üçün dəyərlidir: “Bilirsiz, mənim “brend” sözündən xoşum gəlmir. Polad Bülbüloğlu adı təkcə Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün dəyərlidir. Çünki Polad bütün respublikalarda sevilib, onun musiqisi və mahnıları bizim ortaq tariximizin bir parçasına çevrilib. Ancaq mən bu gün Polad haqqında bir dost kimi danışmaq istəyirəm. Elə bir şey var ki, onu ölçmək mümkün deyil – bu, dostluqdur. Mən düşünürəm ki, əgər dostluğu ölçmək mümkün olsaydı, onun meyarı Polad olardı. “Polad” sözü təkcə bir ad deyil, əsl dostluğun, sədaqətin və xalqlarımızın sarsılmaz birliyinin simvoludur”.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun musiqisi ilə bir neçə nəslin böyüdüyünü qeyd edib: “Baxmayaraq ki, biz Polad Bülbüloğlu ilə demək olar ki, həmyaşıdıq, amma biz də onun mahnıları ilə, onun enerjisi ilə böyümüşük. O, böyük Sovet İttifaqının sevimlisi olub və əlbəttə ki, Azərbaycan incəsənətini parlaq şəkildə təmsil edib. Sovet estradasını bütün əfsanələri onunla dostluq edirdi. Polad böyük musiqi mədəniyyətinin hər kəsin özünə cəzb etdiyi cazibə mərkəzi idi. Polad Bülbüloğlu hər zaman möhtəşəm müğənni olub, bu gün də elədir”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Kreml sarayındakl yubiley konsertinin çox böyük diqqət mərkəzində olduğunu bildirib: “Moskvadakı dostlarımız, sənət adamları bugünki konserti tarixi konsert adlandırırlar. Bu konsertdə əsas Azərbaycan mövzusu hökm sürür. Çox böyük zövqlə təşkil olunub”. F. Bədəlbəyli Polad Bülbüloğlunun formada olduğunu söyləyib.

Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Tetarının direktoru Yusif Eyvazov Polad Bülbüloğlu fiqurunun əvəzolunmaz olduğunu bildirib: “Onun fəaliyyətindən danışmağa başlasaq, gərək səhərə kimi danışaq. Heç bu vaxt da bəs eləməz. Polad Bülbüloğlunun musiqisi ilə neçə neçə nəsillər böyüyüb, tərbiyə alıb. Bu musiqi ilə biz tərbiyə almışıq. Bu musiqi ilə biz tərbiyə olunmuşuq. Çünki bu musiqinin təbliğ etdiyi dəyərlər əvəzolunmazdır. Ona görə də, Polad Bülbüloğlunun bu gün Moskvada keçirilən yubiley konsertini qaçırda bilməzdim. Burada iştirak etmək, konsertdə onun mahnnısını ifa etmək mənim üçün böyük şərəfdir”.

Azərbaycanın Xalq artisti, “Bolşoy teatr”ın azərbaycanlı solisti Elçin Əzizov bu konsertin anonsu çıxan kimi biletlər satıldığına diqqət çəkib. “Bildiyim qədər ilə 6 min nəfərlik zaldır. Anons çıxan kimi biletlər satıldı. Çünki hər kəs bu konsertdə iştirak etmək istəyir. Mən çox xoşbəxt artistəm ki, bu gün mən də həmin səhnədə olacam və Polad Bülbüloğlunun bəstələdiyi manını ifa edəcəm. Bu mahnı ulu öndər heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi üçün yazılıb. Ona görə də, bugünki konsertdə bu mahnını ifa etmək mənim üçün ayrıca bir böyük şərəfdir. Mənim üçün Polad Bülbüloğlu etalon bir artistdir. Hər dəfə baxıb, ondan bir örnək götürürəm”.

Azərbaycanın Xalq artisti, “Bolşoy teatr”ın azərbaycanlı solisti Dinara Əliyeva isə Polad Bülbüloğlu kimi şəxsiyyətlərin yüz ildə bir dəfə dünyaya gəldiyini söyləyib: “O, mədəniyyət və incəsənət sahəsində silinməz iz qoyub, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfələr verib. Biz onu çox sevirik. Mən çox şadam ki, biz onun 80 illik yubileyini qeyd edirik. Polad müəllimə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və ilham arzulayıram!”

Qeyd edək ki, Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib. Dövlət Kreml Sarayında təşkil olunan “Yeddi not” adlı konsertdə Azərbaycan və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlu yaradıcılığının pərəstişkarları iştirak ediblər. Səhnədə maestronun sevimli hitləri, o cümlədən, “Gəl ey səhər”, “Mənim Qarabağım”, “Mənim Azərbaycanım” və digər mahnıları səsləndirilib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri