Polad Bülbüloğlunun ad günüdür
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün görkəmli bəstəkar və müğənni, Xalq artisti, professor Polad Bülbüloğlunun anadan olmasının 80 ili tamam olur.
AZXEBER.COM xəbər verir ki, Xalq artistinin 80 illik yubileyi Heydər Əliyev Sarayında təntənəli şəkildə qeyd olunacaq.
Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə Bakı şəhərində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb.
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, "Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrdə uğurla çıxış edib.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Fevral 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















