Polina Avropa İttifaqını məhkəməyə verdi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının Məhkəməsi rusiyalı müğənni Polina Qaqarinanın iddiasını qeydiyyata alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat məhkəmənin bazasında yerləşdirilib.
İddia mayın 25-də təqdim olunub və hazırda baxış mərhələsindədir. İş üzrə cavabdeh qismində Avropa İttifaqı Şurası çıxış edir.
Qaqarina 2024-cü ilin oktyabrında da Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdi. Müğənni iddiasında Avropa İttifaqı Şurasını effektiv məhkəmə müdafiəsi hüququnun, fikir azadlığı və yaradıcılıq azadlığı prinsiplərinin pozulmasında ittiham edib.
Müğənni Rusiyaya qarşı tətbiq olunan 14-cü sanksiya paketi çərçivəsində 24 iyun 2024-cü ildə məhdudiyyət siyahısına daxil edilmişdi.
Sanksiya tətbiq olunan şəxslər Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən hərəkətlərə görə məsul sayılırlar. Onlara Avropa İttifaqı ölkələrinə giriş və tranzit qadağan edilib, həmçinin Avropa vətəndaşları və şirkətlərinə siyahıdakı şəxslərlə maliyyə əməliyyatları aparmaq yasaqlanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















