Icma.az
close
up
RU
Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir? VİDEO

Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir? VİDEO

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.

Oxu.Az ATV-yə istinadla xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.

Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO

Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var: "Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz".

Ekspert, həmçinin ev sahiblərinin qorxularına da aydınlıq gətirib. Bir çox mülkiyyətçi kirayənişinin qeydiyyata düşərsə, gələcəkdə evə iddia edəcəyindən ehtiyat edir. Hüquqşünasın sözlərinə görə, bu tamamilə yanlışdır: "Kirayə müqaviləsinin müddəti bitdiyi an sənəd etibarsız sayılır. Müvəqqəti qeydiyyat şəxsə mülkiyyət hüququ qazandırmır".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır: "Hüquq pozuntularının qarşısının alınması məqsədilə monitorinqlər müntəzəm keçirilir. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti qeydiyyata düşməlidir. Əks halda bu, inzibati məsuliyyət yaradır".

Nəzarətin gücləndirilməsində əsas məqsəd kirayə bazarında şəffaflığı təmin etmək və tərəflər arasında yarana biləcək gələcək mübahisələrin qarşısını rəsmi sənədləşmə ilə almaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Mart 2026 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri