Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Turistlərlə birgünlük kirayə müqaviləsi necə bağlanır?

Turistlərlə birgünlük kirayə müqaviləsi necə bağlanır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, bu məsələ "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsində öz əksini tapıb.

Agentliyin hazırladığı layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

"Dövlət Proqramının layihəsi hazırda aidiyyəti üzrə son razılaşma mərhələsindədir. Proqram təsdiq edildikdən sonra nəzərdə tutulan dəstək mexanizmləri barədə daha ətraflı məlumat veriləcək", - deyə qurumdan bildirilib.

Hazırda isə kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. 

Bunlardan biri "Turistik kənd" layihəsidir. Layihə ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqlar əsasında, Dövlət Turizm Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində icra olunur.

Əsas istiqamətlərdən biri kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsidir. Bununla yanaşı, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının "Aqroturizm" zərfi üzrə indiyə qədər 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təchiz edilib. Onlardan 2-si Qusar rayonunun Laza, 3-ü Qaxın Sarıbaş, 6-sı İlisu, 1-i isə Qəbələnin Duruca kəndində yerləşir.

Nəzərə almaq lazımdır ki, turizmə dəstək vermək yalnız qonaq evinə avadanlıq təqdim etməklə bitmir. Bu sahəyə cəlb olunan insanların işi elə qurulmalıdır ki, onlar fəaliyyətlərini rahat və qanuni şəkildə həyata keçirə bilsinlər. 

Xüsusilə də turistlərə mənzillərin bir və ya bir neçə günlük kirayəyə verilməsi zamanı bu məsələ daha ciddi görünür. Məsələn, turist Azərbaycana gəlir və cəmi bir gün qalmaq üçün mənzil kirayələyir. Ev sahibi isə müqavilə bağlamalı, lazımi məlumatları toplamalı və sənədləşmə işlərini aparmalıdır. 

Praktikada bəzi ev sahibləri məhz bu prosedurlara görə müqavilə bağlamaqdan yayınırlar. Çünki bir günlük kirayədən əldə olunan gəlirlə müqayisədə sənədləşmə və digər prosedurların yaratdığı vaxt itkisini və əlavə işi çox hesab edirlər. 

Müqavilənin olmaması isə hər iki tərəf üçün problem yarada bilər. Turistlə ev sahibi arasında anlaşılmazlıq yarandıqda, ödənişlə bağlı mübahisə olduqda və ya kirayə şərtləri pozulduqda tərəflərin əlində rəsmi sənəd olmur. Belə vəziyyətdə turistin də, ev sahibinin də hüquqlarını qorumaq çətinləşir.

Ona görə də turizm sektorunda dövlət dəstəyindən danışarkən bu sahənin real problemləri də nəzərə alınmalıdır. Vətəndaşı turizmə cəlb edib, sonra onu gündəlik fəaliyyətində ağır və vaxt aparan prosedurlarla üz-üzə qoymaq düzgün yanaşma deyil.

Turistlərlə kirayə müqaviləsi necə və hansı qaydada bağlanmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında turizm məsələləri üzrə eksperti Rəhman Quliyev bildirib ki, turistlərə mənzil kirayəsi zamanı münasibətlərin yazılı və aydın şəkildə rəsmiləşdirilməsi həm ev sahibinin, həm də turistin hüquqlarının qorunması baxımından olduqca vacibdir:

“Birgünlük və ya qısamüddətli kirayədə belə tərəflər arasında yazılı müqavilənin bağlanması ən təhlükəsiz və şəffaf yanaşmadır. Müqavilədə mənzilin ünvanı, kirayə müddəti, ödəniş məbləği, depozit, tərəflərin hüquq və öhdəlikləri, habelə ləğv və zərərin ödənilməsi şərtləri göstərilməlidir. 

Xüsusilə xarici turistlərlə müqavilənin onların başa düşdüyü dildə və ya ən azı Azərbaycan dili ilə yanaşı ingilis dilində hazırlanması mübahisələrin qarşısının alınmasına kömək edir”.

O qeyd edib ki, digər mühüm məsələ turistin ölkədə qalmasının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və ev sahibinin bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirməsidir:

“Hesab edirəm ki, qısamüddətli kirayə bazarında şəffaflıq yaratmaq üçün elektron müqavilə və rəqəmsal qeydiyyat mexanizmlərinin geniş tətbiqi məqsədəuyğundur.

Turistə yalnız mənzilin açarını təqdim etmək kifayət deyil, onun təhlükəsizliyi, ödənişin rəsmiləşdirilməsi və hüquqlarının qorunması da təmin olunmalıdır. 

Ümumilikdə, qısamüddətli kirayə münasibətlərinin rəsmi və şəffaf qurulması həm turist məmnuniyyətini artırır, həm də Azərbaycanın təhlükəsiz və etibarlı turizm ölkəsi imicini gücləndirir”.

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Turistlər Rəhman Quliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri