Polisdən mafiya əməliyyatı: 25 nəfər saxlanıldı
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
İtaliyada “Ndrangheta” mafiya təşkilatını hədəf alan əməliyyatda aralarında rahibə də daxil olmaqla 25 şübhəli saxlanılıb.
Publika.az xəbər verir ki, “BBC”nin məlumatına görə, əməliyyatda saxlanılanlar arasında yerli siyasətçilər də var.
Saxlanılanlardan əlavə, 1,8 milyon avro dəyərində əmlak da müsadirə olunub. 57 yaşlı rahibə Anna Donellinin həbsxanalarda mənəvi dəstək vermək səlahiyyətindən istifadə edərək mafiya üzvləri arasında informasiya daşıdığı iddia edilir.
Donelli Breşia Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, sözügedən təşkilatın fəaliyyətinə narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, hədə-qorxu ilə pul tələb etmək və dövlət tenderlərinin saxtalaşdırılması daxildir. Onların illik gəlirinin 50 milyard avro olduğu təxmin edilir.
Roza
Baxış sayı:92
Bu xəbər 06 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















