Icma.az
close
up
RU
Polisin sosial müdafiəsinə dair yeni addım Deputat detalları açıqladı

Polisin sosial müdafiəsinə dair yeni addım Deputat detalları açıqladı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni maddələrə əsasən Polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə, o cümlədən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödənilmiş vəsaitin 5 faizi polis orqanlarına yönəldilir.

Qanun layihəsini Modern.az-a şərh edən Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, hüquq-mühafizə orqanlarının, o cümlədən polis orqanları əməkdaşlarının sosial təminatı  hər zaman cənab Prezidentin diqqət mərkəzindədir və bu məqsəd üçün mütəmadi olaraq addımlar atılır.

"Elə bu qanun layihəsinin müddəları da bu siyasətin davamıdır. Dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi Azərbaycanda dövlətin əsas sütunlarından olan Daxili İşlər Nazirliyi və bütövlükdə polis orqanları ictimai-siyasi sabitliyi, asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq və ölkədə təhlükəsizliyi təmin etmək kimi məsuliyyətli, şərəfli və eyni zamanda riskli bir missiyanı yerinə yetirirlər. 

Bu missiyanın uğurla icrası isə heç şübhəsiz ki, onların peşəkarlığı ilə yanaşı, maddi təminatından və sosial müdafiəsindən birbaşa asılıdır.

Qanuverciliyə təklif olunan yeni mexanizm polis əməkdaşlarına yönəlik sosial layihələrin, mənzil və tibbi təminatın, eləcə də peşəkar hazırlığın maliyyə əsasını gücləndirəcək.

Digər tərəfdən bu cür mexanizmlər Polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə də töhvə verəcək. Məlum olduğu kimi son illər cinayətkarlığın yeni formaları – kiberhücumlar, maliyyə fırıldaqları, transsərhəd cinayətlərlərlə effektiv mübarizədə yeni texnoloji resurslar tələb olunur. Bu cür əlavə maliyyə mənbələri polis orqanlarının müasir texnika, proqram təminatı, nəqliyyat vasitələri və xüsusi vasitələrlə təchizatına mühüm dəstək olacaq.

Nəhayət, dövlət ona dəyən ziyanın bir hissəsini polis orqanlarının imkanlarını genişləndirilməsinə yönəltməklə bu cür cinayətlərin vaxtında qarşısının alınmasına əlavə töhvə verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri