Icma.az
close
up
RU
Deputat sahibkarların müdafiəsinə QALXDI

Deputat sahibkarların müdafiəsinə QALXDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünya Bankının “Business Ready” göstəricilərində ölkənin mövqeyini yaxşılaşdırmaq əladır. Reytinqlərdə yüksək bal toplamaq vacibdir. Amma etiraf etməliyik ki, iqtisadiyyatı reytinq qurmur, sadəcə xarici sərmayədarda inam yaradır. Mən isə yerli biznes üçün danışmaq istəyirəm".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Bu gün əsas problem nədir? Biznes qurmaq istəyən insan ideya tapmaqdan çox, sənəd toplamaqla məşğul olur. İcazələr, razılaşmalar, təsdiqlər, müxtəlif qurumların paralel tələbləri – bunlar sahibkarın enerjisini istehsala yox, kağız dövriyyəsinə sərf etdirir.

Biz deyirik məşğulluq artsın. Amma iş yerini dövlət açmır, iş yerini biznes açır. Biznes isə yalnız o yerdə böyüyür ki, mühit sadə, aydın və proqnozlaşdırıla bilən olsun”,- deyə R.Nurullayev vurğulayıb.

Deputat eyni zamanda əmək münasibətlərində şəffaflığın, eləcə də sosial müdafiənin vacibliyinə də diqqət çəkib:

“Amma mexanizm o qədər mürəkkəb olmamalıdır ki, işəgötürən kölgəyə çəkilməyi, ya da ümumiyyətlə fəaliyyət göstərməməyi daha təhlükəsiz saysın.

Mən hesab edirəm ki, bu cür dəyişikliklər paralel olaraq daha böyük bir hədəfə xidmət etməlidir: biznes sahəsində mürəkkəb sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi. Sahibkar dövlət orqanı ilə mübarizə aparmamalıdır. O, rəqabətli bazarla mübarizə aparmalıdır.

Biz beynəlxalq reytinqlərdə bal toplaya bilərik. Amma real nəticə o zaman olacaq ki, ölkədə elə mühit yaradaq ki, insanlar həvəslə biznesə başlasın, qorxmadan sərmayə qoysun, yeni iş yerləri açsın”.

R.Nurullayev əlavə edib ki, iqtisadi inkişaf sənədlərin qalınlığı ilə yox, işləyən müəssisələrin sayı ilə ölçülür:

“Əgər biz doğrudan da iqtisadiyyatı böyütmək istəyiriksə, prioritet aydındır: daha az bürokratiya, daha çox fəaliyyət azadlığı”, - deyə deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri