Icma.az
close
up
RU
Politico: Trampın hakimiyyətinin ilk ili Avropanı şoka saldı

Politico: Trampın hakimiyyətinin ilk ili Avropanı şoka saldı

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili Avropa liderlərinin Vaşinqtonla bağlı son illərdə formalaşdırdığı bütün illüziyaları dağıdıb.

"Ölkə.az" xəbər verir ki, Politico nəşrinin ekspertlərə istinadən yazdığı məqalədə Avropada artıq Trampın idarə oluna bilən və ya nəzarətdə saxlanıla bilən siyasətçi olduğu fikrinin qalmadığı bildirilir. Qəzetin qiymətləndirməsinə görə, Trampın Avropa İttifaqına qarşı sərt ritorikası, müttəfiqlərə yönələn təhdidləri və Rusiya lideri Vladimir Putinlə yaxınlaşması Aİ daxilində parçalanmanı dərinləşdirib və transatlantik alyansı zəiflədib.

Məqalədə qeyd olunur ki, bu proseslər fonunda Ukraynanın gələcəyi 2026-cı il ərəfəsində qeyri-müəyyən olaraq qalır. Avropa ölkələri isə öz təhlükəsizlikləri barədə daha çox düşünməyə başlayıblar. Xüsusilə Putinin ambisiyalarının Ukrayna ilə məhdudlaşmaya biləcəyi ehtimalları narahatlıq doğurur.

Politico yazır ki, Avropa İttifaqı vəziyyətə qismən uyğunlaşmağa çalışıb. Aİ ABŞ-ın yeni gömrük rüsumları ilə razılaşıb, NATO çərçivəsində müdafiə xərclərini artıracağına söz verib və Ukraynaya 90 milyard dollar məbləğində kredit ayrılması barədə razılıq əldə edib. Tramp isə Avropanın bu yardımın maliyyə yükünü öz üzərinə götürəcəyi şərti ilə Kiyevə hərbi dəstəyin davam etdirilməsinə razılıq verib.

Bununla yanaşı, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropanın siyasi mərkəzi açıq şəkildə “etibarsız müttəfiq” kimi təqdim olunur. Məqalədə xatırladılır ki, Tramp Aİ ölkələrində seçkilərə mümkün müdaxilə ehtimalını da istisna etməyib və Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək istəyi barədə yenidən danışıb.

Ekspertlərin qənaətinə görə, 2026-cı ilə doğru Avropa “ən pis ssenarilərə hazırlaşmalı” olacaq. Onların fikrincə, ABŞ və Avropa İttifaqının strateji maraqları getdikcə daha açıq şəkildə bir-birindən uzaqlaşır.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri