ABŞ İran arasında danışıqlar prosesi dalana dirənib Politoloq
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“ABŞ-nin İrana təqdim etdiyi 14 bəndlik təkliflər paketinə Tehranın cavabı D.Tramp administrasiyasını qane etmədi. İran, Çinin dəstəyi və təşviqi ilə öz şərtlərini irəli sürərək Vaşinqtonu çətin vəziyyətlə üz-üzə qoyur. Tehran bildirir ki, ABŞ İrandan faktiki olaraq tam təslimiyyət tələb edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, İran isə ABŞ ilə məğlub tərəf kimi deyil, bərabər statuslu dövlət kimi müqavilə bağlamaqda maraqlıdır:
“Hətta Tehran Hörmüz boğazının dibi üzərində mülkiyyət və suveren hüquqlarının tanınmasını da təklif edir.İran, uranın zənginləşdirilməsi və onun üçüncü ölkəyə təhvil verilməsi ilə bağlı Vaşinqtonun təkliflərinə qarşı öz şərtlərini irəli sürüb. Göründüyü kimi, danışıqlar prosesində ciddi çətinliklər yaranıb. İranın blokada və ağır iqtisadi vəziyyətə baxmayaraq ABŞ ilə konfrontasiyaya getməsi yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Çin isə İran faktorundan ABŞ ilə geosiyasi rəqabətdə istifadə etməyə çalışır. Qeyd edim ki, növbəti regional qarşıdurmanın Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında müharibə baş verə bilər”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 14 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















