Icma.az
close
up
RU
Politoloq: Azərbaycan ATƏT iclasında ilk dəfə yeni statusda iştirak edib

Politoloq: Azərbaycan ATƏT iclasında ilk dəfə yeni statusda iştirak edib

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa bu gün mürəkkəb təhlükəsizlik çağırışları ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi, artan miqrasiya axını, enerji təminatı və digər geosiyasi məsələlər qitənin diqqət mərkəzindədir. Bu çətinliklər fonunda ATƏT Avropada və daha geniş regional müstəvidə sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin edilməsində strateji əhəmiyyət kəsb edir. ATƏT tarixi boyunca həm soyuq müharibə dövründə, həm də müasir çağırışlar kontekstində Avropa dövlətlərini bir platformada birləşdirərək əməkdaşlığın təşviqinə xidmət edib. Lakin indiki dövrdə Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan və Rusiya-Ukrayna kimi münaqişələrin həllində ATƏT ciddi rol oynaya bilmir. Bu isə təşkilatın effektivliyi və gələcək funksiyaları ilə bağlı suallar yaradır.

Politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında bu gün Avropanın ciddi təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığını söyləyib: 

"Bu çağırışlara Rusiya-Ukrayna müharibəsi, Avropaya artan miqrasiya axını, enerji ilə bağlı problemlər və digər geosiyasi məsələlər daxildir. Qeyd etmək lazımdır ki, bu dəfə Azərbaycan ATƏT iclasında ilk dəfə yeni statusda iştirak edir və bu iştirak ATƏT-in Minsk Qrupunun ləğvindən sonra baş tutur. 1992-ci ildən fəaliyyət göstərən Minsk Qrupu rəsmi olaraq 2025-ci ilin dekabrına qədər mövcud olsa da, Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir ciddi nəticə əldə etmədiyi üçün Azərbaycan uzun müddət bu qurumun ləğvini tələb edirdi. İkinci Qarabağ müharibəsindən sonra bu tələb daha qəti şəkildə irəli sürüldü və nəhayət, Ermənistan da bu mövqeyi qəbul etdi. Avqustun 8-də Vaşinqtonda hər iki ölkə Minsk Qrupunun və onun institutlarının ləğvi ilə bağlı çağırış etdi. Sentyabrın 1-də üzv dövlətlərin səsverməsi ilə bu çağırış təsdiqləndi və Minsk Qrupunun ləğvi haqqında qərar qəbul olundu və dekabr ayında qüvvəyə mindi".

Politoloq ATƏT-in yaradıldıqdan sonrakı fəaliyyətinə və hazırki çatışmazlıqlarına diqqət çəkib:

"ATƏT (keçmiş ATƏM) 1975-ci ildə yaradılarkən Avropada və ümumilikdə dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına böyük töhfə verməyi qarşısına məqsəd qoydu. O dövrdə təşkilat Sovet İttifaqı ilə ABŞ arasında münasibətlərin yumşalmasına da müəyyən töhfə verdi və hər iki tərəfi bir platformada birləşdirən institut kimi əhəmiyyət daşıdı. Lakin soyuq müharibədən sonra ATƏT-in transformasiyası baş verdi. Təşkilat getdikcə təhlükəsizlik və müdafiə məsələlərindən daha çox demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti kimi sahələrə üstünlük verməyə başladı. Nəticədə konfliktlərin həlli istiqamətində nə Ermənistan-Azərbaycan, nə Rusiya-Gürcüstan, nə də Rusiya-Ukrayna münaqişəsində ciddi nailiyyət əldə edilmədi. Bu isə təşkilatda böyük boşluqların mövcud olduğunu göstərir. Əgər ATƏT-in yenidən canlandırılması hədəflənirsə, təşkilatın fəaliyyət istiqamətlərində və strukturunda fundamental islahatlar aparılması zəruridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri