Icma.az
close
up
RU
Azərbaycan ilk dəfə bu komissiyanın iclasında iştirak edib

Azərbaycan ilk dəfə bu komissiyanın iclasında iştirak edib

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

24-26 noyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində “Xəzər dənizinin su bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya”nın 9-cu iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev və onun müavini Elşən Məcidov təmsil ediblər. Azərbaycanla yanaşı İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları və su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar. 

İclas zamanı 2024-cü ilin elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində su bioresurslarının mövcud vəziyyəti müzakirə olunub, növlərin biokütlələrində baş verən dəyişikliklər və ekoloji risklər qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və Komissiyanın işçi qruplarının fəaliyyəti dəyərləndirilərək növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Azərbaycan nümayəndə heyəti tərəfdaş ölkələrlə elmi tədqiqatların koordinasiyasının gücləndirilməsinin, biomonitorinq sistemlərinin təkmilləşdirilməsinin və Xəzər dənizində nərə balıqlarının bərpa proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

İclasın sonunda Komissiyanın 9-cu iclasının yekun Protokolu imzalanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri