Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək Politoloq

Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək Politoloq

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artdığı dönəmdə, Ukrayna da bölgə ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun bir neçə gün əvvəl Türkmənistan və Tacikistana səfəri bundan xəbər verir. Türkiyə və Azərbaycanda səfir işləmiş Mişenko aprel ayında Qazaxıstan və Özbəkistana səfər etmişdi. Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olmuşdu”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, Kiyev Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsinə qərar verib:

“Azərbaycan 16 noyabr 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya formatının tamhüquqlu iştirakçısına çevrilib və bu amil Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında münasibətləri daha da gücləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana son səfəri iki dövlət arasında tərəfdaşlığat əhəmiyyətli töhfə verib və bu hal iki qonşu bölgə arasında əməkdaşlığı gücləndirib. Bu prosesi Ukraynanın siyasi dairələrində diqqətlə izləyirlər. Ukraynanın region ölkələri ilə münasibətlərində istifadə olunmamış böyük potensialı var. Ukraynanın 2006-cı ildə təkcə Türkmənistanla təxminən 6 milyard dollar dəyərində ikitərəfli ticarəti olub ki, bu da əsasən Türkmənistan qazının Ukraynaya əhəmiyyətli dərəcədə tədarükü ilə bağlı idi. Bu, əməkdaşlığın intensivləşdirilməsi üçün əhəmiyyətli potensialın olduğu bir sıra sahələrin yalnız bir nümunəsidir”. 

O, deyib ki, Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı strateji təşəbbüsü ələ keçirən Ukraynanın ABŞ və Avropa ilə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmasının bir neçə səbəbi var:

“Birincisi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Çin və Rusiya ilə iqtisadi əməkdaşlıqlarına baxmayaraq, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə edirlər. Kiyev bu mövqeyə, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərindən aldığı humanitar yardım, enerji avadanlıqları, ukraynalı uşaqlar üçün səhiyyə və digər yardımların göstərilməsinə görə tərəfdaşlarına minnətdardır. Ukrayna Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılmasından da məmnundur. 

İkincisi, bölgə ölkələri Ukraynadan Avropa bazarlarına yeni nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdırlar ki, bu da ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq və Avropa tərəfdaşlarından investisiya və texnologiya cəlb edəcək. Bu səbəbdən Aleksandr Mişenko Düşənbə və Aşqabadda Transxəzər Dəhlizindən daha səmərəli istifadə imkanlarını ətraflı müzakirə edib.

Üçüncüsü, Kiyev Mərkəzi Asiya ölkələri uzun illərdir regionda uğurla fəaliyyət göstərən və hava limanlarının, körpülərin, yol ötürücülərinin və yolların tikintisindən tutmuş yüksək texnologiyalı fabriklərin tikintisinə qədər çoxsaylı irimiqyaslı layihələr həyata keçirən Ukrayna şirkətlərinin bölgə ölkələrində çalışmalarını genişləndirmələrində maraqlıdır. Oleksandr Mişşenko Tacikistan və Türkmənistan tərəfdaşları ilə hökumətlərarası komissiyaların və biznes şuralarının bərpası ilə bağlı razılaşmaları, biznes fəaliyyətini stimullaşdırmaq və bu sahədə əhəmiyyətli potensialdan istifadə etməyi müzakirə edib.

Dördüncüsü, Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri, əsasən Qazaxıstan və Türkmənistan geniş neft və qaz ehtiyatlarına malikdir və bu da onları Ukrayna üçün enerji sektorunda təbii tərəfdaşlara çevirir.

Beşincisi, Ukrayna ənənəvi olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə taxıl və ərzaq məhsullarının əsas təchizatçısı olub. Ukrayna mal və məhsullarının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə ixracını artırmağı planlaşdırır. Ukrayna məhsullarına yüksək tələbat var. Kiyev eyni zamanda bölgə ölkələri ilə mədəni və humanitar əməkdaşlığın intensivləşdirilməsini də əsas istiqamət kimi görür.

Beləliklə, nazir müavini Oleksandr Mişenkonun bölgə ölkələrinə səfərləri Kiyevin indiki dövrlə yanaşı post-müharibə dövrünə baxışını təcəssüm etdirir. Ukrayna müharibənin nə zaman sona çatacağı tarixi gözləmədən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır”. 

E.Şahinoğlu deyib ki, Kiyev Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü rolunu oynadığının fərqindədir:

“Ukrayna Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Azərbaycanın enerji və nəqliyyat imkanlarından daha çox faydalanmaq istəyir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Qarşıda hələ çox iş var, tərəflər qarşılıqlı faydalı münasibətləri əhəmiyyətli dərəcədə genişləndirə və istifadə olunmamış imkanları reallaşdıra bilərlər. Rusiya beşinci ildir ki, Ukraynanın şəhərlərinə, qəsəb və kəndlərinə dağıdıcı zərbələr endirir, nəticədə insanlar ölür və infrastruktur sıradan çıxarılır. Ukrayna Rusiyaya qarşı müqavimətini davam etdirməklə yanaşı eyni zamanda, dağıdılmış infrastrukturun bərpası üçün lazımi tədbirlər görür. Bu səbəbdən 25 iyunda Polşanın Qdansk şəhərində Ukraynanın Bərpa Konfransı keçirilib. Konfransda Avropa İttifaqının Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsinə 90 milyard avro cəlb ediləcəyi açıqlanıb. Həmin konfransda xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Bu o deməkdir ki, Ukraynanın dağıdılmış şəhələrinin və infrastukturunun bərpasında Azərbaycan da iştirak edəcək”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri