Icma.az
close
up
RU
Politoloq: Azərbaycan və Türkiyə arasında hərbi və strateji müttəfiqlik mövcuddur

Politoloq: Azərbaycan və Türkiyə arasında hərbi və strateji müttəfiqlik mövcuddur

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gəncə şəhərindən Türkiyəyə qaydan zaman Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması bir sıra versiyaların irəli sürülməsinə səbəb olub. Hadisə həm ictimaiyyətdə, həm də ekspert dairələrində suallar doğurur. Lakin ilkin ehtimallar daha çox texniki nasazlıq versiyası üzərində cəmləşir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, qəzaya uğrayan təyyarə artıq 50 ildir istismardadır və 2020-ci ildə onun ümumi texniki baxışdan keçirildiyi bildirilir:
“Bu fakt, uzun müddət istismarda olan aviasiya texnikasının etibarlılığına dair suallar yaradır. Hava gəmisinin yaşı və texniki yorgunluğu ehtimal olunur. Qəzadan sonra bəzi dairələr hadisənin təxribat ola biləcəyi versiyasını gündəmə gətirdilər. İddialar Rusiya tərəfinin bu işdə əli ola biləcəyi ilə bağlıdır. Lakin Rusiya səfirliyi dərhal açıqlama yayaraq, “Biz Türkiyənin düşməni deyilik, belə bir şey etməmişik” deyə mövqe bildirdi. Mövcud regional və beynəlxalq siyasi kontekstə baxdıqda, Rusiyanın belə bir təxribatla çıxış etməsi rəsmi Moskva üçün son dərəcə ciddi nəticələrə yol aça bilərdi – xüsusilə də Suriyada yerləşən hərbi mövqelərinə və ümumi geosiyasi nüfuzuna mənfi təsir göstərə bilərdi.  Azərbaycan və Türkiyə arasında hərbi ittifaq və strateji müttəfiqlik mövcuddur. Hər iki ölkə arasında koordinasiyalı şəkildə aparılan hərbi əməkdaşlıq Rusiya və İran üçün də diqqət mərkəzində olan məsələlərdəndir”. 
Politoloq əlavə edib ki, bu cür hadisələr, xüsusilə bölgədə mövcud hərbi-siyasi balansı dəyişə biləcək məqamlarda, daha da həssaslıq yaradır:
“Mövcud məlumata əsaslanaraq demək olar ki, qəzanın baş vermə səbəbi daha çox texniki nasazlıqla bağlıdır. Hadisənin səbəbləri ilə bağlı Türkiyə tərəfindən veriləcək rəsmi açıqlama, hadisəyə aydınlıq gətirəcək əsas mənbə olacaq. Hazırkı mərhələdə siyasi təxribat ehtimalı zəif görünür və ehtimal olunan texniki səbəblər daha real və məntiqli qiymətləndirilir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri