Icma.az
close
up
RU
Politoloq: Azərbaycanın regional liderlik təşəbbüsünə Moskva və Dehli tab gətirmir

Politoloq: Azərbaycanın regional liderlik təşəbbüsünə Moskva və Dehli tab gətirmir

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında tam üzvlük statusu əldə etmək üçün Çin və Pakistanın dəstəyini almasına baxmayaraq Hindistan və Rusiyanın birgə müqaviməti ilə qarşılaşdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki,  bu blokadada Hindistanın qərarı təkcə Delhinin deyil, həm də Rusiyanın aktiv dəstəyi ilə həyata keçirildi:
“Azərbaycan coğrafi mövqeyi və enerji resursları ilə regionun açar ölkəsi kimi ŞƏT-ə böyük dəyər qatır. Lakin Rusiya öz hegemon maraqlarını qorumaq üçün bu prosesi əngəllədi. Hindistan 4-5 ay ərzində ardıcıl olaraq Azərbaycanın üzvlüyünə qarşı çıxdı. Digər üzv dövlətlər də bunun Hindistanın təşəbbüsü olduğunu gördülər.Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsini həll etmək və regional sabitliyi təmin etmək üçün konkret addımlar atılıb.44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Rusiya böyük güc statusundan istifadə edərək digər ölkələrin beynəlxalq təşkilatlara üzvlük hüququnu məhdudlaşdırır. Öz geosiyasi maraqlarını üstün tutur”.
Politoloq əlavə edib ki,  Bakı öz xarici siyasətində müstəqil mövqe nümayiş etdirir:
“Heç bir böyük gücün təsir dairəsinə tam şəkildə daxil olmur. Azərbaycının ŞƏT üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə edildi və razılığa gəlindi. Azərbaycan Orta Asiya və Cənubi Qafqaz arasında körpü rolunu oynayaraq regional inteqrasiyanı gücləndirə bilərdi, lakin Rusiya bu imkanları öz maraqlarına uyğun gəlmədiyi üçün məhdudlaşdırır. İndi Hindistan məsuliyyəti yerdəyişməyə çalışır. Rusiyanın köməyi ilə bu qərarı aldığını dərk edir. Bakının apardığı konstruktiv enerji siyasəti və regional layihələrdəki fəal iştirakı təqdirəlayiqdir. Azərbaycan iqtisadi inkişafı və enerji diplomatiyası ilə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməyə davam edir.Bu tip qeyri-ədalətli blokadalar Azərbaycanın qətiyyətini daha da artırır. Ölkənin alternativ beynəlxalq platformalarda fəallığını stimullaşdırır. Rusiya və Hindistanın bu yanaşması uzunmüddətli perspektivdə öz maraqlarına ziyan vura bilər, çünki Azərbaycan regional iqtisadiyyatda mühüm rol oynayır. Azərbaycının ŞƏT-ə qəbulu təşkilatın Qafqaz regionundakı təsirini artıracaq və Çin-Pakistan-Azərbaycan əlaqələrini möhkəmləndirəcək, hansı ki onsuz da əlaqələr mükəmməl səviyyədədir. Lakin Moskva və Dehli bu geosiyasi dəyişikliyi istəmir. Bakının diplomatik səyləri və  addımlarının beynəlxalq hüququn tələblərinə uyğunluğu bu tip maneələrə baxmayaraq ölkənin beynəlxalq nüfuzunu artırmağa davam edir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri