Icma.az
close
up
RU
Politoloq: Bəzi qüvvələr Qərbin Gürcüstanla bağlı məkrli ssenarisini reallaşdırmağa cəhd edirlər

Politoloq: Bəzi qüvvələr Qərbin Gürcüstanla bağlı məkrli ssenarisini reallaşdırmağa cəhd edirlər

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bu gün bəzi qüvvələr Qərbin Gürcüstanla bağlı məkrli ssenarisini həyata keçirməyə cəhd edirlər. Qərb siyasətçiləri Gürcüstanda yalnız sabitliyi pozan qüvvələrə dəstək verərək nəyəsə nail olmaq istəyirlər.

Bu sözləri "Report"un yerli bürosuna müsahibəsində gürcü politoloq Petre Mamradze deyib.

O, qeyd edib ki, bununla belə, xalq baş verənləri görür və məsələnin əsl mahiyyətini başa düşür. Ona görə də, heç bir sabitliyin pozulmasından söhbət gedə bilməz.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, onlar yenə də, hansısa yollarla maksimum səy göstərərək, xalqın fikirlərinə önəm verən və onun gələcəyi üçün qanunları qəbul edən hökuməti devirib, özlərinə qul olan başqa qüvvələri hakimiyyətə gətirməyə çalışırlar: “Onların dəstəklədiyi hakimiyyət də Qərbin qulu olacaq və onların bütün dediklərini edəcək. Həmin qüvvələr hakimiyyətə gəldikdə ilk olaraq “Xarici təsirin şəffaflığı haqqında” Qanunun ləğvinə çalışacaqlar. Bu yolla xaricdən gələn maliyyəni heç bir yoxlama və nəzarət olmadan mənimsəmək istəyəcəklər. Sonra isə məqsədləri LGBT-nin təbliğinə nail olmaq, ailə dəyərləri ilə bağlı qanunu ləğv etməkdir. Amma gürcü xalqı başa düşür ki, bu oyunlara getmək lazım deyil”.

Poltoloq qeyd edib ki, Kiyev özü Qərbdə Ukrayna üçün ikinci cəbhəni açmaq mümkün olmadığını etiraf edib: “Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhəni açmaması isə təbii ki, Qərbin düşüncəsində xəyanət sayılır. Amma əslində Qərb bunu başqa ölkələrin əli ilə həyata keçirmək istəyir. Avropa da indi maksimum dərəcədə çalışır ki, dəstəklədiyi müxalifəti hakimiyyətə gətirib, hazırki hakimiyyətin dövründə həyata keçirə bilmədikləri məkrli planları reallaşdırsın.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin məlum qərarları əslində məcburi idi. Çünki, son 4 ildə Avrointeqrasiya və Avropadan gələn maliyyə məsələsi Gürcüstanın hazırkı dövrdə Avropa tərəfdən şantaj edilməsi ilə nəticələnir. Çünki, Avropa biz onların dediklərini edək deyə, Gürcüstana yardım edirdi. İndi isə hökuməti hədələyərək deyirlər ki, maliyyəni müxalifət media kanallarına və özlərinə yaxın olan, hökumətə qarşı çıxan QHT-lərə ayıracağıq. Ukrayna və Moldovadan yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, bizi Aİ-yə qəbul etmirlər. Çünki, mövcud hakimiyyət onların dediklərini etmir və gürcü xalqının milli maraqlarını qoruyur. Bu cür şantaj və hər zamankı təzyiqlər hakimiyyətin səbrini tükətdi və belə qərar qəbul edildi. İndi isə Qərbin Gürcüstana təzyiq göstərmək üçün başqa mexanizmi qalmadı”.

“Noyabrın 30-da bütün gecə xüsusi hazırlanmış qruplar polislə çaxnaşma yaratmağa çalışdı. Hər kəsin artıq dağılışdığını görən qruplar polisə müxtəlif əsyalar atmağa, onlara ziyan vurmağa eləcə də ətrafda olan hər şeyi dağıtmağa, sındırmağa başladı. Çünki, gürcü xalqının dinc şəkildə aksiya keçirməyi onları dəstəkləyən qrupların xoşuna gəlmədi. Onlara dinc aksiya yox, ətrafa ziyan vurmaq, qarışıqlıq yaratmaq lazımdır”, - politoloq vurğulayıb.

P.Mamradze deyib ki, əgər Avropa danışıqlara başlamaq istəyirsə, buyursun, sadəcə, Gürcüstan bu məsələ ilə bağlı 2028-ci ilə qədər onları narahat etməyəcək: “Ona görə də, Qərb bu iğtişaşları törədir. Yaxşı ki, gürcü polisi maksimum səbir nümayiş etidirib sona qədər təmkinlə davrandı. Daş, pirotexniki vasitələrin altında saatlarla dayanıb, sakit qalmaq gürcü polisinin aliliyidir, xalqı sevməyidir”.

P.Mamradze bildirib ki, Aİ-nin Gürcütsandakı səfiri Pavel Qerçinski dayanmadan ancaq şər atır və yalan danışır: “Bu ölkədə hələ onun kimi yalançı səfir olmayıb. Hələ utanmadan çıxıb danışır ki, qəbul etdiyiniz qərarları geri çəkin, biz sizi Aİ-yə qəbul edirik. Sanki oyun oynayır. Ərazi bütövlüyümüzü bərpa etmədən bu necə mümkün olacaq. Axı bilirik torpaqlarımız necə işğal edilib. Avropa üçün bizim ərazi bütövlüyümüzün bərpası yox, çirkin niyyətlərini həyata keçirmək lazımdır.

Onlar indi isə başlayıblar ki, seçkilər yenidən keçirilsin. Axı buna niyə gedilməlidir? Bu, olmayacaq. Qərb ölkələrinin səfirləri, xüsusən də, Almaniyanın səfiri ağılasığmaz açıqlamalar verir. Bu cür adamları ciddiyə almaq lazım deyil. Axı onlar kimdir ki, bu düşüncə ilə səfir olublar”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri