Icma.az
close
up
RU
Politoloq: Burçuladzenin çağırışı Gürcüstanı xaosa sürükləyə bilər

Politoloq: Burçuladzenin çağırışı Gürcüstanı xaosa sürükləyə bilər

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tural İsmayilov: Müxalifətin devrilmə çağırışları Gürcüstanın Avropa inteqrasiyasına zərər vurur


Müxalifətin "hökumət devirməsi" ritorikası danışıq masasında həll oluna bilən məsələləri küçə şiddəti səviyyəsinə qaldırmaq cəhdidir


Gürcüstanda 2025-ci ilin oktyabrında keçiriləcək yerli özünüidarəetmə seçkiləri ətrafında siyasi ritorika getdikcə sərtləşir. Müxalifət düşərgəsindən gələn “dövlətin dinc yolla devrilməsi” çağırışları hakimiyyətin sərt reaksiyası ilə qarşılanıb. 

“Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü - yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləsə də, tarix haqqında danışmağın yersiz olduğunu bəyan edib.

Baş nazir İrakli Kobaxidze bəyan edib ki, heç kimə dövləti hansısa üsulla devirməyə imkan verilməyəcək və hökumət bu istiqamətdə verdiyi vədlərə sadiq qalacaq. Onun sözlərinə görə, radikal müxalifətin inqilabçı ritorikası cəmiyyətin siyasi gündəliyinə neqativ təsir göstərir və xarici qüvvələrin maraqları ilə üst-üstə düşür: “Bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir. Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazanmaması isə onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər belə hərəkət edirlər”.

Beləliklə, seçkilərə bir ay qalmış Gürcüstan siyasi səhnəsində qarşıdurmanın kəskinləşməsi, tərəflərin ritorikasının sərtləşməsi və “devrilmə–sabitlik” müstəvisində cəmiyyətə verilən mesajlar analitik baxımdan diqqət çəkir.

Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də Gürcüstanın 64 şəhər və rayonunda eyni vaxtda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə 14 partiya iştirak edəcək.

Gürcüstandakı siyasi prosesləri dəyərləndirən 


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayilov “Sherg.az”a bildirib ki, Paata Burçuladzenin 2025-ci il oktyabrın 4-ü yerli seçkilər günü "hökumətin dinc yolla devrilməsi günü" kimi elan etməsi Gürcüstan müxalifətinin konstruktiv siyasi məntiqindən kənar addımıdır:


 “Bu cür çağırışlar demokratik seçki prosesinin mahiyyətini təhqir edir və ictimai sabitliyə ciddi zərər vura bilər.

Qarşıdan gələn seçkilər bəzi müxalifət partiyalarının boykot etməsi fonunda keçiriləcək və Azadlıq Meydanı, Xalq Naminə, Avropa Gürcüstanı, Vahid Milli Hərəkat kimi partiyalar seçkilərdə iştirakdan imtina edib Bu boykot strategiyası Gürcüstan müxalifətinin demokratik proseslərə qarşı təhrikkarlıq siyasətinin davam etdirildiyini göstərir.

Müxalifətin "hökumət devirməsi" ritorikası danışıq masasında həll oluna bilən məsələləri küçə şiddəti səviyyəsinə qaldırmaq cəhdidir. Bu davranış Gürcüstandakı siyasi mədəniyyətin zədələnməsinə və demokratik ənənələrin pozulmasına səbəb olur. 2024-cü il parlament seçkilərindən sonra müxalifətin "müqavimət hərəkatı"nı davam etdirməsi və gecə-gündüz etirazlar haqda qərarlar qəbul etməsi siyasi qarşıdurmada konstruktiv dialoqdan imtina etməyin sübutudur. Belə addımlar Gürcüstanın Avropa inteqrasiyası perspektivlərinə zərər vurur”.


T. İsmayılov qeyd edib ki, Burçuladzenin liderliyindəki hərəkatının radikal ritorikası Gürcüstan cəmiyyətində qütbləşməni artırır və sosial gərginliyi qızışdırır: 

“Bu, ölkənin daxili sabitliyinə mənfi təsir göstərir və beynəlxalq imicini zədələyir. Müxalifətin seçkilərə olan münasibəti anti-demokratik xarakter daşıyır və seçici hüququnun əhəmiyyətini azaldır. Seçkilərdə iştirak etmək əvəzinə "devirmə" səslənişləri vermək siyasi məsuliyyətsizlik nümunəsidir. Belə davranış çoxpartiyalı sistemə zərər vurur.

Gürcüstan müxalifəti öz siyasi gələcəyini seçki qutularında yox, küçə etirazlarında görür və bu, ölkədə demokratik inkişafın əngəllənməsinə səbəb olur. Konstruktiv müxalifətçilik əvəzinə destruktiv şüarlar səsləndirmək siyasi imicazlıqdır.

Baş nazir İrakli Kobaxidzenin "dövlət öz yerindədir" açıqlaması müxalifətin qanunsuz hədələrinə qarşı təbii reaksiyadır və dövlətin konstitusion qaydalara əməl etmək əzmini göstərir”.


Politoloq həmçinin əlavə edib ki, müxalifətin seçki günü "devirmə günü" elan etməsi seçki prosesinin təhlükəsizliyini sual altına alır və demokratik institutlara etimadsızlığı qoruyur. Bu, Gürcüstan cəmiyyətində uzunmüddətli zərərli nəticələr yarada bilər: 

"Gürcüstan müxalifətinin indiki ritorikası Qərb tərəfdaşlarının da narahatçılıq doğurur və ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiya perspektivlərinə zərər vura bilər.

Paata Burçuladze kimi liderlər siyasi məsuliyyətlərini dərk etməyərək radikal çağırışlarla ölkə sabitliyinə zərər vurmaqla daha çox populist siyasət aparırlar, nəinki konstruktiv həllər təklif edirlər.

Müxalifətin mövqeyi əslində Gürcüstan cəmiyyətini demokratik dəyərlərdən uzaqlaşdırır və ölkədə siyasi həyatın keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Nəhayət, müxalifətin bu mövqeyi regionda sabitlik və təhlükəsizlik kontekstində də problemlidir, çünki Gürcüstanın daxili siyasi böhranı regionun ümumi təhlükəsizlik mənzərəsinə mənfi təsir göstərir və ölkənin beynəlxalq nüfuzunu zədələyir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri