Icma.az
close
up
RU
Politoloq: “Çin Ukrayna ətrafında gedən proseslərə qarışmır”

Politoloq: “Çin Ukrayna ətrafında gedən proseslərə qarışmır”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

““Böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keytapun şəhərində keçirilən görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olub.

“Reuters” agentliyinin məlumatına görə, Pekin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə irəli sürdüyü təşəbbüsü dəstəkləyib. 

Halbuki Avropa ölkələri Trampın təşəbbüslərini Avropa və Ukrayna üçün təhlükəli hesab edirlər. Buna baxmayaraq, Çinin xarici işlər naziri Van Yi Keyptaundakı çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib. 

“ABŞ-la Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik” deyən Van Yi bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında söylədiyi fikirləri burada da təkralayıb: “Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər””.  

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Pekin ABŞ-Rusiya diplomatları arasında aparılan danışıqları diqqətlə izləyir:

"Pekin hansısa mərhələdə danışıqlarda iştirak etmək istəyir. Birincisi, Pekin ABŞ-la Rusiya arasında razılaşmanın Çinin maraqlarına cavab verməyəcəyindən narahat olduğuna görə prosesin içində olmaq istəyir. İkincisi, Çin müharibədən sonra Ukraynanın yenidən qurulmasında, tikinti və bərpa işlərində iştirak etmək istəyir. Bununla Çin Ukraynada mövqelərini gücləndirməyə çalışacaq. Kiyev bunun əleyhinə deyil".   

Politoloq qeyd edib ki, Ukrayna ətrafında cərəyan edən proseslərdə və danışıqlarda Çinin iştirakından söhbət getmir:

"Pekin özü də hələ tələsmir. Çünki, Çin hakimiyyəti Donald Trampın planının nədən ibarət olduğunu özü üçün tam müəyyənləşdirməyib. Tramp özü də Çinin bu proseslərə qarışmasını istəmir.

Ağ Ev sahibinin Kremllə Ukrayna ilə bağlı razılaşma əldə etməsinin əsas məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Pekin də bundan narahatdır. 

Rusiya Prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb. Buna baxmayaraq, Si Cinpin gedişatdan narahatdır. 

ABŞ-ın “CNN” televiziya kanalı Trampın təşəbbüslərinin illərdir formalaşan Pekin-Moskva ittifaqına mənfi təsir edəcəyinə dair geniş reportaj yayımlayıb. Belə görünür ki, Pekinin Moskvanın siyasətindən şübhəsi yaranıb. Trampa da elə bu lazımdır".

Vilayət Muxtar
"Cebheinfo.az"

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri