Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir

Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Bəyənsək də bəyənməsək də təkzibolunmaz faktdır ki, virtual aləmində şəxsi fəallığımızın dərəcəsindən asılı olmayaraq, sosial şəbəkələrin gündəlik həyatımızdakı payı durmadan artır. Kimliyindən və sosial statusdan asılı olmayaraq istənilən şəxs hər bir an virtual aləmdə baş verən “macəralı” hadisələrin qəhrəmanına çevrilə bilər. Vəziyyət o səviyyəyə qədər “inkişaf” edib ki, virtual aləm artıq “oğru dünyasında” olduğu kimi öz qayda-qanunları ilə yaşayır.

Əlbəttə ki, mövcud tendensiyanın inkişafı gələcəkdə hətta təsəvvür belə edə bilmədiyimiz təhdidlərlə üzləşməyimizin ehtimalını artırır. Cəmi bir kiçik texniki tapşırığın sayəsində süni zəka özü “kibertəxribatın” ssenarisini yazır və özü də müəyyən olunmuş ssenariyə əsasən həmin təxribatı mərhələli şəkildə həyata keçirir. Odur ki, rəqəmsal texnologiyaların inkişafına rəğmən şantaj öz mövqelərini müasir siyasətdə yenə də qüvvətləndirir. Təsvir etdiyimiz mənzərə heç də fantastik janrda çəkilmiş filmin ssenarisi deyil, hadisələrin bu cür inkişafı artıq müasir dövrün siyasi gündəliyidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil bildirib.

Onun sözlərinə görə, süni zəkanın anbaan dəyişilən alqoritmləri sayəsində demək olar ki, siyasətdə “fakt” amili şərti və müvəqqəti məfhuma çevrilib. Olduqca düşündürən və gələcəkdə siyasətin matrisasını dəyişdirə biləcək sözügedən amili müasir siyasi münasibətlərdə nəzərə almamaq mümkünsüzdür. Ölkəmizə qarşı uzun illər ərzində aparılan və artıq hətta alışdığımız informasiya müharibəsi xəbərimiz olmadan siyasi münasibətlərin qaydalarını tədricən dəyişdirməyə müvəffəq olub.

“Heç şübhəsiz ki, mövcud istiqamətdə yaşanan bütün tendensiyalar əsla təsadüfi deyil. Əksinə, onlar bilavasitə sosial-siyasi mühəndisliyin məhsuludur. Odur ki, yaxın gələcəkdə daha “ekstravaqant” informasiya təxribatlarına şahidlik edəcəyimizi proqnoz etmək çətin deyil. Bəli, internet texnologiyalarının sayəsində əlahəzrət “fakt” artıq abstrakt bir məfhuma çevrilib. Təsadüfi deyil ki, faktların siyasətə təsiri ildən-ilə azalır, əvəzində isə emosiyaların rolu sürətlə artır.

Mövcud kontekstin inkişafında maraqlı bir sosial-psixoloji qanunauyğunluğu qeyd edə bilərik. Belə ki, faktların siyasətdə təsir qüvvəsi azaldıqca əhalinin ictimai şüurunda qaçılmaz olaraq şübhə hisslərinə ayrılan yer əhəmiyyətli dərəcədə artır. Qarşılıqlı şübhə hisslərinə total şəkildə yoluxmuş cəmiyyətdə isə etiraz mədəniyyətinin yayılması üçün münbit şərait yaranır. Məhz konkret cəmiyyətdə etiraz mədəniyyətinin yayılmasına hesablanmış sözügedən mürəkkəb siyasi texnologiyanın strateji hədəfi cəmiyyətin ideoloji parçalanmasıdır. Odur ki, texnoloji inkişaf sayəsində insan övladı yaşamaq üçün artıq digər planetlərə köçməyə hazırlaşmasına rəğmən, ibtidai emosiyalar, şantaj və əxlaq normaları tanımayan “kirli” manipulyasiyalar nəinki gündəlik siyasətdə hələ də qalıb, onlar hətta öz aktuallığını artıra bilib. Beləliklə, kütlədə etiraz qığılcımı yarada biləcək emosional manipulyasiyalar yenə də siyasətin əsas kürsüsünə qayıdır. Əlbəttə ki, bu məyusedici mənzərə inkişafın təzahürü deyil”, - deyə Asif Adil bildirib.

O deyib ki, qeyd olunan tendensiyalar sayəsində ictimai-siyasi münasibətlərdə klassik hesab olunan “Kimin adamıdır?” sualı da artıq öz ilkin mənasını və aktuallığını tədricən itirir. Çünki virtual reallığının dominantı şəraitində heç kim sığortalı deyil və hər kəs istənilən zaman informasiya təxribatlarının hədəfinə çevrilə bilər. Hətta internetin “xofundan” qorxduğu üçün kompüteri şəbəkəyə qoşmayan şəxs belə rahatlıqla konkret siyasi prosesin iştirakçısına çevrilə bilir. İstisnasız olaraq hər birimizin virtual kabusu internetin sərhəd tanımayan məkanında dolaşır. Mövcud proses artıq geriyədönməz nöqtəni keçib və görünən odur ki, süni zəka Makiavellizmi çox gözəl mənimsəyib.

“Odur ki, müasir siyasi münasibətlərdə köhnə metod və vasitələrə üstünlüyün verilməsi problemin həllinə yox, onun daha da dərinləşməsinə xidmət edə bilir. Özümüzü aldatmamalıyıq, peşəkar fəaliyyətdə düşüncə və yanaşmalar mütləq dəyişilməlidir. Prezident İlham Əliyevin “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır,” - sözləri də sözügedən dəyişikləri labüd edən açıq çağırışdır”, - deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri